Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ağır yol qəzası: Ölənlər və yaralananlar var

12.12.2025 21:27 645
Azərbaycanda ağır yol qəzası: Ölənlər və yaralananlar var
Biləsuvarda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
 
Median.Az xəbər verir ki, Cəlilabad rayon Alar kənd sakini idarə etdiyi "Hyundai” markalı avtomobillə hərəkətdə olarkən, ötmə əməliyyatını düzgün yerinə yetirməyib və qarşıdan gələn Biləsuvar rayon Ovçubərə kənd sakini Elxan Feyziyə məxsus “VAZ 2107” markalı avtomobillə toqquşub.
 
Qəza zamanı “VAZ 2107”-də olan yaxın qohumlar - sürücü və onun azyaşlı nəvəsi ölüb. Sürücünün oğlu və yeznəsi isə ağır yaralanıb.
 
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılıb.
 
Faktla bağlı araşdırma aparılır./teleqraf

Son xəbərlər