Mojo.az Banner
22:40 Bakıda oğul atasını öldürüb  |     22:20 Alen Delonun oğlu bacısının vəsiyyətnamədən çıxarılmasını istəyir  |     22:16 Xırdalanda avtomobil boruları zədələdi: Qaz təchizatı dayandırıldı  |     22:09 Bir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi  |     22:00 TƏBİB-dən 14 yaşlı qızın ana olması ilə bağlı açıqlama  |     21:52 Albert Aqarunovun ailəsinə ağır itki  |     21:49 Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib - FOTO  |     21:40 Məhkəmədə təqsirləndirilən şəxslərə son söz verilib - FOTO  |     21:32 Sığınacaqda tək, amma "Qarabağ"la bir yerdə: Kiçik qəlbin böyük sevgisi  |     21:20 Çox adam elə bilir ki, eyni xəstəlikdir, amma.. - Həkim fərqi açıqladı  |     21:12 Elçin Quliyev generalın oğluna vəzifə verildi  |     21:06 XİN: Macarıstan və Azərbaycan arasında əldə olunan razılaşmalar ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək  |     20:58 İncəsənət Gimnaziyasındakı vəziyyət valideynləri özündən çıxardı: "Musiqini onlayn keçmək olar?!"  |     20:47 Volodimir Zelenski: Mümkün ərazi həlli məsələsi referendum yolu ilə müəyyən edilməlidir  |     20:40 Paytaxtın bu ərazilərində qaz kəsiləcək - Xəbərdarlıq  |     20:32 Qadınların arxasınca fit çalan şəxs həbs edildi  |     20:25 Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib - FOTO  |     20:13 Paşinyan İlham Əliyevə təşəkkür edib  |     20:00 Sürücülərin başına oyun açan nişan: Çətin görünən problemin asan həlli necə olmalıdır?  |     19:52 İŞİD-in üzvü olan azərbaycanlı ilə bağlı yekun qərar verildi  |    
Left Banner
Right Banner

10 ayda xarici ticarət dövriyyəsi 40 milyard dollara çatıb

11.12.2025 16:39 123
10 ayda xarici ticarət dövriyyəsi 40 milyard dollara çatıb
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. Bu dövrdə 120 ölkəyə məhsul ixrac və 170 ölkədən məhsul idxal edilib.

Median.Az
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 39 milyard 913.9 milyon dollar olub. Həmin dövrdə ticarət dövriyyəsinin 20 milyard 688.7 milyon dollarını və ya 51.8 faizini ixrac olunan məhsullar, 19 225.2 milyon dollarını və ya 48.2 faizini isə idxal məhsulları təşkil edib. Bunun nəticəsində xarici ticarətdə 1 milyard 463.5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3.9 faiz artmış, real ifadədə isə 7.9 faiz azalıb. Həmin dövrdə idxal real ifadədə 7.9 faiz, ixrac isə 7.8 faiz azalıb.

2025-ci ilin yanvar-oktyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2 milyard 987.8 milyon dollar təşkil edib. Bu göstərici 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə faktiki qiymətlərlə 6.6 faiz artıb, real ifadədə isə 17.7 faiz azalıb.

2025-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsinin 25.8 faizi İtaliyanın, 11.7 faizi Türkiyənin, 10.2 faizi Rusiyanın, 9.3 faizi Çinin, 3.0 faizi Almaniyanın, 2.6 faizi ABŞ-nin, 2.5 faizi Birləşmiş Krallığın, 2.1 faizi İsveçrənin payına düşüb. Bundan əlavə, Avstraliya və Çexiya hər biri 1.9 faiz, Gürcüstan və Yunanıstan hər biri 1.7 faiz, Bolqarıstan və Xorvatiya hər biri 1.6 faiz, Qazaxıstan 1.5 faiz, Rumıniya 1.4 faiz, İran 1.3 faiz, Özbəkistan 1.2 faiz, Portuqaliya və Ukrayna hər biri 1.1 faiz, Fransa 0.9 faiz, Belarus və Hindistan isə hər biri 0.8 faiz paya malik olub. Xarici ticarət dövriyyəsinin 12.3 faizi digər ölkələrlə aparılmış əməliyyatlara aid edilib.

Həmin dövrdə ixracın 46.9 faizi İtaliyaya, 13.0 faizi Türkiyəyə, 4.5 faizi Rusiyaya, 3.3 faizi Çexiyaya, 3.1 faizi Yunanıstana, 3.0 faizi Bolqarıstana, 2.9 faizi Xorvatiyaya, 2.6 faizi Gürcüstana, 2.5 faizi Almaniyaya, 2.3 faizi Rumıniyaya, 2.0 faizi Portuqaliyaya, 1.8 faizi İsveçrəyə, 1.3 faizi Birləşmiş Krallığa, 1.0 faizi İrlandiyaya, 0.9 faizi Niderlanda, 0.9 faizi Ukraynaya, 0.8 faizi Tunisə, 0.7 faizi Fransaya, 0.6 faizi Hindistana, 0.5 faizi Serbiyaya, 5.4 faizi isə digər ölkələrə göndərilmiş məhsulların dəyərinə aid olub.

Qeyri-neft-qaz məhsullarının ixracı üzrə əsas alıcı ölkələr arasında Rusiyanın payı 32.4 faiz, Türkiyənin payı 16.3 faiz, İsveçrənin payı 9.7 faiz, Gürcüstanın payı 9.2 faiz, Ukraynanın payı 5.7 faiz, Birləşmiş Ərəb Əmirliklərinin payı 3.1 faiz olmuşdur. Bununla yanaşı, Qazaxıstan 2.7 faiz, Belarus 2.1 faiz, Özbəkistan 2.0 faiz, Türkmənistan 1.8 faiz, ABŞ 1.7 faiz, İtaliya 1.2 faiz, Almaniya və Çin isə hər biri 1.1 faiz paya sahib olub.

2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19.4 faizi Çin, 16.5 faizi Rusiya, 10.1 faizi Türkiyə, 5.2 faizi ABŞ, 4.0 faizi Avstraliya, 3.9 faizi Birləşmiş Krallıq, 3.6 faizi Almaniya, 2.7 faizi Qazaxıstan, 2.7 faizi İran, 2.4 faizi İsveçrə, 2.1 faizi Özbəkistan, 2.1 faizi İtaliya, 1.5 faizi Meksika, 1.5 faizi Yaponiya, 1.5 faizi Braziliya, 1.5 faizi Cənubi Afrika Respublikası, 1.4 faizi Koreya, 1.4 faizi Belarus, 1.2 faizi Ukrayna, 1.0 faizi Fransa, 1.0 faizi Hindistan, 0.9 faizi isə İspaniyanın payına düşüb. Digər ölkələr üzrə idxal əməliyyatlarının payı 12.4 faiz təşkil edib.

2025-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrünə nisbətdə mühüm məhsul növləri üzrə ixrac göstəriciləri də dəyişib. Belə ki, təzə meyvə ixracı 28.2 faiz, təzə tərəvəz ixracı 17.9 faiz, şəkər ixracı 58.5 faiz, siqaret ixracı 35 faiz, kartof ixracı 47.1 faiz, bitki yağları ixracı 22.3 faiz, mineral gübrə ixracı 8 faiz, polietilen ixracı 5.2 faiz, emal olunmamış alüminium ixracı 48.7 faiz, sement klinkerləri ixracı 13.8 faiz, pambıq ipliyi ixracı isə 17.8 faiz artıb. Eyni zamanda, meyvə və tərəvəz şirələrinin ixracı 1.5 faiz, meyvə və tərəvəz konservlərinin ixracı 19.0 faiz, tütün ixracı 45.7 faiz, çay ixracı 4.3 faiz, marqarin və digər qida qarışıqlarının ixracı 27.0 faiz, təbii üzüm şərabları və üzüm suslosunun ixracı 22 faiz, pambıq lifinin ixracı 9.8 faiz, polipropilen ixracı 6.4 faiz, elektrik enerjisi ixracı 34.9 faiz, qara metal boruların ixracı 9.8 faiz, qara metal çubuqların ixracı 40.2 faiz, bentonit gilinin ixracı isə 16.4 faiz azalıb.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2025-ci ilin eyni dövründə idxal göstəricilərində də dəyişikliklər müşahidə olunub. Belə ki, buğda idxalı 6.4 faiz, xam şəkər idxalı 25.6 faiz, kartof idxalı 13.8 faiz, mal əti idxalı 2.8 faiz, təzə tərəvəz idxalı 35.6 faiz, siqaret idxalı isə 2.8 dəfə artıb. Həmçinin minik avtomobillərinin idxalı 29.8 faiz, polad prokatının idxalı 0.7 faiz, avtobusların idxalı 2.4 dəfə, məişət kondisionerlərinin idxalı 11.5 faiz, mineral gübrələrin idxalı 3.1 faiz, polietilen idxalı 20.0 faiz, polipropilen idxalı 5.2 faiz, məişət soyuducularının idxalı isə 11.6 faiz artıb. Bununla yanaşı bitki yağları idxalı 7.1 faiz, kərə yağı və digər süd yağlarının idxalı 12.1 faiz, təzə meyvə idxalı 14.7 faiz, şokolad və şokolad məhsullarının idxalı 4.0 faiz, unlu qənnadı məmulatlarının idxalı 2 faiz, çay idxalı 5.5 faiz, quş əti və onun əlavə məhsullarının idxalı 28.9 faiz, dərman vasitələrinin idxalı 15.6 faiz, qara metal boruların idxalı 12.4 faiz, hesablama maşınları və qurğularının idxalı 9.8 faiz, ayaqqabı idxalı 2 faiz, rezin şin idxalı 3.1 faiz, sintetik yuyucu vasitələrin idxalı 5.8 faiz, mebel idxalı 0.3 faiz, yük avtomobillərinin idxalı 6.4 faiz, qara metal çubuqların idxalı 0.9 faiz, paltaryuyan maşınların idxalı 11.2 faiz, qara metal künclüklərin idxalı 1.9 faiz, sement idxalı isə 21.8 faiz azalıb.скачать dle 11.3