Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan doqquz ayda 115 ölkəyə mal ixrac edib

10.11.2025 15:54 1 053
Azərbaycan doqquz ayda 115 ölkəyə mal ixrac edib
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. Bu dövrdə 115 ölkəyə mal ixrac edilib, 168 ölkədən isə idxal olunub.

Median.Az
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 35 milyard 402.7 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 18 milyard 633.7 milyon ABŞ dolları və ya 52.6%-i ixracın, 16 milyard 769 milyon ABŞ dolları (47.4%) isə idxalın payına düşüb. Nəticədə xarici ticarət balansı 1 milyard 864.7 milyon ABŞ dolları həcmində müsbət saldo ilə yekunlaşıb. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3.6% artıb, real ifadədə isə 8.1% azalıb. Real ifadədə idxal 8.3%, ixrac isə 7.9% azalıb.

Ölkənin xarici ticarət dövriyyəsinin 25.2%-i İtaliyanın, 12.3%-i Türkiyənin, 10.3%-i Rusiyanın, 9.6%-i Çinin, 3.1%-i Almaniyanın, 2.9%-i ABŞ-ın, 2.7%-i Böyük Britaniyanın, 2.1%-i Çexiyanın, 1.9%-i Yunanıstanın, 1.8%-i Gürcüstanın, 1.7%-i Bolqarıstanın, 1.6%-i Qazaxıstanın, 1.5%-i Xorvatiyanın, 1.4%-i Rumıniya və İsveçrənin, 1.3%-i İranın, 1.1%-i Portuqaliya, Ukrayna və Avstraliyanın, 0.9%-i isə Özbəkistan və Belarusun payına düşüb. Ticarət əməliyyatlarının 14.1%-i digər ölkələrlə aparılıb.
скачать dle 11.3
Mojo.az Banner