Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər | 13:31 Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi | 13:25 Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər | 13:18 Bakıda polis əməkdaşı vəfat etdi - FOTO | 13:16 Prokuror generalın dələduzluqda ittiham olunan qızının həbsini tələb edir | 13:15 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək |
Mojo.az Avto
Mojo.az Avto

300-dən çox təhsil müəssisəsində qazlaşma prosesi həyata keçirilib

10.12.2025 17:04 420
300-dən çox təhsil müəssisəsində qazlaşma prosesi həyata keçirilib
2025-2026-cı tədris ili üzrə istilik mövsümünə hazırlıq çərçivəsində Bakı və regionlarda ümumilikdə 1873 təhsil müəssisəsində (1500 ümumi, 373 məktəbəqədər) texniki işlər aparılıb.
 
Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, son iki ildə ölkə üzrə əlavə olaraq 300-dən çox təhsil müəssisəsində qazlaşma prosesi həyata keçirilib.
 
"Əlavə olaraq qeyd edək ki, alternativ yanacaq təminatı çərçivəsində 536 ümumi, 334 məktəbəqədər təhsil müəssisəsi üçün zəruri ehtiyacda odun və 408 ümumi, 197 məktəbəqədər təhsil müəssisəsi üçün isə pellet yanacağı təmin edilib. Ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün regional təhsil idarələrinin müvafiq Çağrı Mərkəzləri ilə əlaqə yaratmaq mümkündür. Regionlarda yaradılmış işçi qrupları istilik təminatı ilə bağlı mümkün problemlərin, eyni zamanda fövqəladə halların aradan qaldırılması və operativ həlli məqsədilə təlimatlandırılıblar".
 
Məlumat üçün bildirək ki, istilik sistemlərində mövcud və yaxud yarana biləcək problemlərin həlli istiqamətində görülən işlər mövsümboyu davam etdiriləcək.

Son xəbərlər