Mojo.az Banner
19:16 "Ermənistan ruslara viza tətbiq edərsə..." - Zaxarova  |     19:11 Salyanda ağır qəza - Beş nəfər xəsarət aldı  |     19:04 Bakıda bəzi marşrutların qiyməti artacaq  |     18:58 Şuşada turistlər qaya daşlarının üzərini yazıblar  |     18:43 "Zirə" kot-d'ivuarlı vinger transfer etdi - FOTO  |     18:35 Azərbaycanda kişi müəllimlərin sayı niyə azdır? - Dünya ilə MÜQAYİSƏ  |     18:33 Bakıda kəməri deşib neft oğurladılar, yanğın törətdilər - VİDEO  |     18:32 Yemək saatlarını dəyişmək ürəyə təsir edə bilər – ARAŞDIRMA  |     18:17 Qusarda təcili yardım avtomobili qəzaya uğradı  |     18:03 Sabah Şəkinin bəzi kəndlərində qaz kəsiləcək  |     17:45 İran ABŞ-nin Küveyt və BƏƏ-dəki hərbi bazalarına zərbələr endirib  |     17:25 Boş plan yerlərinə qəbul olanlara vacib XƏBƏR  |     17:02 Qaçırdığı qızla günlərlə maşında gecələdilər: Həbs edilən var  |     16:51 Azərbaycana gətirilən malların dəyəri manatla bəyan ediləcək  |     16:32 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ  |     16:12 ChatGPT-dən istifadəçiləri təəccübləndirən YENİLİK  |     16:11 Abşeron və Binəqədi rayonunda oğurluq edənlər saxlanıldı  |     16:03 Rusiya Silahlı Qüvvələri Ukraynada dörd yaşayış məntəqəsinə nəzarəti ələ keçirib  |     15:24 “Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO  |     15:21 Azərbaycanda bu yerlərdə işləyənlər ən az 2 min manat maaş alır - SİYAHI  |    
Left Banner
Right Banner

İnterpolun tutduğu Qədir Ədilov şikayətçiləri günahlandırdı: "Əsl zərərçəkən mənəm"

04.12.2025 15:52 534
İnterpolun tutduğu Qədir Ədilov şikayətçiləri günahlandırdı:
30 nəfərə qarşı dələduzluq edərək onların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Qədim Ədilovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilib.

Zərərçəkən tərəfin müdafiəçilərinin təqsirləndirilənin dələduzluq əməlləri ilə əlaqədar məhkəməyə təqdim etdikləri əlavə faktlarla bağlı Qədim Ədilov bildirib ki, həmin faktların hər hansı hüquqi əsası yoxdur və bütün bunlar ona qarşı olan iftiralardır:

"Mən iş adamı olmuşam, hər gün mənim taxta yükü ilə dolu vaqonlarım Rusiyadan Azərbaycana gəlib. Elə olub ki, ay ərzində onlarla yük vaqonu qəbul etmişəm. Onlardan elələri olub ki, yolda behləşib pulunu veriblər, satışında da iştirak etməmişəm. Bu, biznesdir, nisyə də olur, nağd da olur. Mənim özümə milyonlarla borcu olanlar var. Elə mən özüm də zərərçəkənəm"

Təqsirləndirilənlə sual-cavab prosesinin davamı dekabrın 15-də keçiriləcək növbəti iclasda davam edəcək.

Qeyd edək ki, Qədim Ədilov 30-a yaxın Azərbaycan vətəndaşına qarşı külli miqdarda dələduzluqda ittiham olunur.

2021-ci ildə ondan 17 vətəndaş Baş Prokurorluğa şikayət edərək dələduzluqla külli miqdarda vəsaitlərinin ələ keçirildiyini bildirib.

Həmin şikayət üzrə cinayət işi davam etdiyi bir vaxtda Qədim Ədilov Gəncə şəhər sakini Nəsrulla Cəfər oğlu Nəzərova qarşı da dələduzluq edib. Onun etibarından sui-istifadə edərək Qədim Ədilov sonuncuya məxsus milyonlarla dəyəri olan asfalt zavoduna müştəri tapacağına və satacağına söz verib. Bunun üçün zavodu etibarnamə ilə öz adına keçirib. Sonra isə Nəsrulla Nəzərovdan xəbərsiz zavodu 1 milyon 750 min dollara sataraq aradan çıxıb.

2022-ci ildə isə Qədim Ədilov İnterpol vasitəsilə axtarışa verilməmişdən 2 ay əvvəl Anar Akif oğlu Məmmədov və partnyorlarının etibarını imtahana çəkib. Onlardan 612 min manat pul alandan sonra Qədim Ədilov əvvəl Türkiyəyə, oradan isə Rusiyaya keçib. İnterpol xətti ilə Rusiyada həbs olunan Qədim Ədilov 2024-cü ilin oktyabrında Azərbaycana təhvil verilib.

Qədim Ədilovun qaçıb gizləndiyi Rusiya ərazisində həbsi zərərçəkənlərin bu ölkənin hüquq-mühafizə orqanlarına müvafiq müraciətlərindən sonra mümkün olub. Belə ki, həmin ilin fevralında iş üzrə zərərçəkmiş şəxslərdən Xaləddin Yusibov Rusiya Daxili İşlər Nazirliyinin Kaluqa Vilayəti üzrə İdarəsinə rəsmi məktubla müraciət edib. Bundan 5 gün sonra Qədim Ədilov qaçaq həyatı yaşadığı Kaluqa vilayəti ərazisində müəyyən edilərək həbsə alınıb.

Hazırda onun barəsində həbs olmayan qətimkan tədbiri seçilərək CM-in dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner