Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:11 Qazaxda evdə partlayış oldu: Xəsarət alan var  |     16:08 Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu  |     15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |     14:56 "Qızıl top" uğrunda Keynlə Mbappe arasında mübarizə necə keçib?  |     14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |    
Mojo.az Avto
Mojo.az Avto

Qədim Ədilovun məhkəməsi başladı: 17 zərərçəkənə milyonlarla manat zərər vurulub

03.09.2025 17:16 534
Qədim Ədilovun məhkəməsi başladı: 17 zərərçəkənə milyonlarla manat zərər vurulub
Bakı Ağır Cinayətlər Məhkəməsində Qədim Ədilovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda Qədim Ədilovun vəkili bir neçə vəsatətlə çıxış edib.

Qədim Ədilov 30-a yaxın Azərbaycan vətəndaşına qarşı külli miqdarda dələduzluqda ittiham olunur.

2021-ci ildə ondan 17 vətəndaş Baş Prokurorluğa şikayət edərək dələduzluqla külli miqdarda vəsaitlərinin ələ keçirildiklərini bildiriblər.

Həmin şikayət üzrə cinayət işi davam etdiyi bir vaxtda Qədim Ədilov Gəncə şəhər sakini Nəsrulla Cəfər oğlu Nəzərova qarşı da dələduzluq edib. Onun etibarından sui-istifadə edərək Qədim Ədilov sonuncuya məxsus milyonlarla dəyəri olan asfalt zavoduna müştəri tapacağına və satacağına söz verib. Bunun üçün zavodu etibarnamə ilə öz adına dövr etdirib. Sonra isə Nəsrulla Nəzərovdan xəbərsiz zavodu 1 milyon 750 min dollara sataraq aradan çıxıb.

Zərərçəkənlər deyirlər ki, əlavə olaraq Qədim Ədilov Nəsrulla Nəzərovun 10 minlərlə manat nağd pulunu da dələduzluq yolu ilə mənimsəyib.

2022-ci ildə isə Qədim Ədilov İnterpol vasitəsilə axtarışa verilməmişdən 2 ay əvvəl Anar Akif oğlu Məmmədov və partnyorlarının etibarını imtahana çəkib. Onlardan 612 min manat pul alandan sonra Qədim Ədilov əvvəl Türkiyəyə, oradan isə Rusiyaya keçib. İnterpol xətti ilə Rusiyada həbs olunan Qədim Ədilov 2024-cü ilin oktyabrında Azərbaycana təhvil verilib.

Qədim Ədilovun qaçıb gizləndiyi Rusiya ərazisində həbsi zərərçəkənlərin bu ölkənin hüquq-mühafizə orqanlarına müvafiq müraciətlərindən sonra mümkün olub. Belə ki, həmin ilin fevralında iş üzrə zərərçəkmiş şəxslərdən Xaləddin Yusibov Rusiya Daxili İşlər Nazirliyinin Kaluqa Vilayəti üzrə İdarəsinə rəsmi məktubla müraciət edib. Bundan 5 gün sonra Qədim Ədilov qaçaq həyatı yaşadığı Kaluqa vilayəti ərazisində müəyyən edilərək həbsə alınıb.

26 fevral 2024-cü ildə həbsə alınan Qədim Ədlilov elə həmin gün təcridxanaya yerləşdirilib və onun barəsində beynəlxalq axtarış elan etmiş Azərbaycan hüquq-mühafizə orqanlarına, zərərçəkənlərə də məlumat verilib.

Zərərçəkən Şahin Aslanov deyib ki, Qədim Ədilov yüksək dələduzluq, inandırma qabiliyyətinə malikdir:

"O, Rusiyanın Sverdlovsk vilayətindəki Serov şəhərində taxta emalı ilə məşğul olan, həmin şəhərdə Azərbaycan diaspor təşkilatının rəhbəri Mirhəbib Ağalarovu inandırıb ki, özünün rəhbəri olduğu "Azəri AQA" firması irimiqyaslı taxta idxalçısıdır. O bu firma ilə Ağalarova məxsus "Aziz" firması arasında üçüncü firmalara və şəxslərə taxta göndərmək barədə çox sayda müqavilə imzalayıb. Sonra həmin firmalar adına sənədlər rəsmiləşdirib. Lakin sonra deyib ki, o firmalardan pul ala bilmirəm. Sənədləri ləğv et, malı mənim öz firmama vur. Mən ancaq sonradan başa düşdüm ki, o mənim sənədlərimdən istifadə edib millətdən pul toplayırmış. Mənə cəmi bir-iki dəfə xırda məbləğdə ofşor firmalar üzərindən pul göndərdi. Əvəzində isə 200 min dollardan artıq malımı aparıb pulumu vermədi. Pulu mənə nə üçün rəsmi deyil, ofşordan göndərdiyini soruşanda, dedi ki, mən Azərbaycanda vergi vermirəm. Başa düşdüm ki, bu, həm vergidən yayınır, həm də dələduzluq edir.

Əməkdaşlığı dayandırıb pullarımı tələb etməyə başladım. Lakin o, pulumu vermək əvəzinə məni Azərbaycanda məhkəməyə verdi ki, guya mən ona borcluyam. Amma yalan ayaq tutar, yeriməz. Məhkəmədə sübut edildi ki, bu, hoqqabaz və dələduzdur. Həbs olunanda çox sevindim ki, nəhayət, haqlı cəzasını çəkəcək".

Məhkəmə baxışı 18 sentyabr, saat 16:00-a təyin edilib.

Son xəbərlər