Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:23 Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı | 18:16 "GTA VI" çıxdıqdan az müddət sonra xətalar aşkarlandı | 17:38 Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib | 16:59 Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA | 16:56 Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək” | 16:53 İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı | 16:50 Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı | 16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana ekstradisiya olunan şəxslərdən biri tanınmış biznesmendir

31.10.2024 17:04 2 208
Azərbaycana ekstradisiya olunan şəxslərdən biri tanınmış biznesmendir
Rusiyadan Azərbaycana ekstradisiya olunan beş nəfərdən biri tanınmış biznesmendir.

"Repot" xəbər verir ki, tikinti materialları, taxta-şalban biznesi ilə məşğul olan Qədim Ədilov Rusiyadan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

O, külli miqdarda dələduzluqda ittiham olunub. 2019-cu ildə həbs edilsə də, sonrada şərti azadlığa buraxılıb. Daha sonra istintaqdan yayınaraq Azərbaycandan qaçıb. Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Qədim Ədilovun 17 nəfərə qarşı 2 milyon manatlıq dələduzluq etdiyi iddia olunur.

Belə ki, hələ 2017-ci ildə bir qrup sahibkar Qədim Ədilov barəsində ölkənin baş prokuroruna müraciət ünvanlayaraq, onun 2014-cü ildə hər bir vaqon taxta məhsulunu 8-10 adama "sataraq" pulları mənimsədiyini və nəticədə heç kəsə heç bir mal vermədən tikinti bazarında, özəlliklə taxta-şalban biznesi ilə məşğul iş adamlarının hər birinə 100 min dollardan 200 min dollara qədər pul "atıb". İddiaya görə, inşaat malları bazarında, sadəcə, yeddi nəfərin 750 min dollar, ümumilikdə 10-15 nəfərin 1 milyon 800 min dollar pulu Qədim Ədilov tərəfindən mənimsənilib.

Müraciət edən sahibkarlar əlavə ediblər ki, 2015-ci il oktyabrın 10-da şikayətləri əsasında Q.Ədilov barəsində CM-in 178.2.2 və 178.3.2 maddələri ilə 150066098 nömrəli cinayət işi başlanıb: "Sonradan dələduzun özü kimi dələduz məsləhətçiləri onun adını "MTN işi" üzrə "zərərçəkmişlər" siyahısına saldırıblar, bundan sonra o, havadarları vasitəsi ilə cinayət işinin xitamına nail olub".

Qədim Ədilov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkən qismində ifadsəsində ibtidai istintaqda generalın onu döyüb təhqir etdiyini deyib:

"3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan otağa daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif sağında, Səlim (MTN-çi) solunda oturmuşdu.

Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boynuma zərbələr endirməyə başladı. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Çovdarov yerində oturub.

Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim "Range Rover" avtomobilini bir həftə ərzində onlara verim. Masanın üstündəki iki "Makarov" tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar".

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib. Daha sonra general-mayor rütbəsindən də məhrum edilib, 2020-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Son xəbərlər