Mojo.az Banner
23:00 Epşteynin sağ olduğu iddia edildi  |     22:56 Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" detalı (Video)  |     22:45 Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - Video  |     22:33 "Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu YENİLİK  |     22:12 Ermənistanda hərbi qulluqçunun meyiti aşkarlanıb  |     22:08 200 illik tarixi məscid qəzalı vəziyyətdə: İbadət edənlər Zaqatalaya gedirlər (Video)  |     22:01 Azərbaycana səfəri zamanı ABŞ vitse-prezidentini dövlət katibinin müavini müşayiət edəcək  |     21:50 AZTV-nin sədr müavininə ağır itki  |     21:40 Pakistanda məsciddə törədilmiş terror aktının təşkilatçısı saxlanıldı  |     21:29 Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı - Azərbaycanda  |     21:17 "Qızıl qaya" istirahət mərkəzində yanğın oldu  |     21:06 Ceyhun Bayramov sabiq səfirə yüksək vəzifə verdi (FOTO)  |     20:51 On min manatlıq cehizlik oğurlayan şəxs saxlanıldı  |     20:37 Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi - Sumqayıtda  |     20:36 "Crocus City Hall"dakı terror aktı üzrə məhkəmədə gizli şahidin ifadəsi dinlənildi  |     20:08 Uşaqlar dərsə gəlmir deyən müəllimlə bağlı tədbir görüldü - VİDEO  |     19:59 Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib  |     19:51 Güllələnən müəllimin atası: "Sosial şəbəkədə nə gəldi yazırlar" (VİDEO)  |     19:31 Azərbaycan cüdoçusu finala vəsiqə qazandı  |     19:25 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?  |    
Left Banner
Right Banner

“Ramiz Mehdiyev və AXCP vahid tandem kimi çalışıb” - Deputat

29.11.2025 21:41 585
“Ramiz Mehdiyev və AXCP vahid tandem kimi çalışıb” - Deputat
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində axtarış aparılıb. Dövlət Təhlükəsizliyi Xidmətində Əli Kərimli barəsində araşdırma ilə bağlı onun yaşadığı mənzildə axtarış aparılıb, lakin o, saxlanılmayıb. Qeyd edək ki, Əli Kərimli barəsində araşdırma Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov azxeber.com-a açıqlamasında bildirib ki, hər hansı şəxsin siyasi baxışları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə mane ola bilməz:

"Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 3-cü maddəsinə müvafiq olaraq, hər hansı şəxsin siyasi baxışları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə mane ola bilməz. O cümlədən də Əli Kərimli özü barəsində qapıldığı eyforiyanın əksinə heç kimdən artıq deyil. Əksinə, çoxsaylı təkzibedilməz sübutlar tam fərqli mənzərə meydana çıxarır.
Barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilmiş Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərə, dövlətə xəyanətə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunur. İlkin araşdırmalar və proseslərin təhlili bu prosesdə ona xaricdən dəstəyin və daxildə bu xəyanətə yardım edən subyektlərin müəyyən edilməsini milli təhlükəsizlik baxımından zərurətə çevirir”.

Deputat qeyd edib ki, AXCP-nin
Mehdiyevin önəmini gündəmdə saxlamaq üçün alət kimi istifadə olunduğunu demək üçün xeyli əsaslar mövcuddur:

"AXCP və Mehdiyevin hər zaman sinxron işlədiyini, bu partiyanın Mehdiyevin önəmini gündəmdə saxlamaq üçün alət kimi istifadə olunduğunu demək üçün xeyli əsaslar mövcuddur. Məsələn, 2003-cü ildə hakimiyyət xülyası yarımçıq qalan Mehdiyev fəaliyyətin bütün sonrakı periodunda AXC ünsürlərini meydanlara çıxarmaq və sonra onların aksiyalarını "zərərsizləşdirməklə” hakimiyyətin qorunmasında özünün əvəzsiz rolunun olması barədə siyasi mif yaratmağa çalışıb. Mehdiyevin vəzifədən uzaqlaşdırılmasının ardınca isə AXCP-nin meydan fəallığı sıfıra enib. Bu gün əminliklə demək mümkündür ki, ən azı ötən 22 ildə Mehdiyev və AXC vahid tandem kimi çalışıb. Təbii ki, hakimiyyət hərisliyinin əsirinə çevrilən Mehdiyevin iqtidara gəlişi mahiyyətcə əslində hakimiyyətin milli iradədən alınaraq xarici dövlətin nəzarətinə verilməsi demək idi. Sirr deyil ki, Mehdiyevin əsas güvənc yeri Rusiya xüsusi xidmət orqanları olub. Eyni zamanda AXC özü də zamanında məhz Qorbaçov yenidənqurmasının imitasiyası kimi Rusiya xüsusi xidmət orqanlarının sələfləri tərəfindən yaradılıb. Heç şübhəsiz ki, bu amil hər iki tərəfi bir-birinə yaxınlaşdırıb”.

Parlamentari deyib ki, məhz Mehdiyevin xeyir-duası ilə Azərbaycanda radikal ünsürlər AXC ətrafında Milli Şura adı altında birləşdirilməyə cəhd edildi:

"Habelə qısa müddət öncə Mehdiyevin çevriliş planının perspektiv inkişaf hissəsi kimi Milli Şura yaradılacağına dair sənədin yayımlanması Şura təfəkkürünün vahid qaynağı barədə ehtimalları reallığa sürükləyir. Bir sözlə, uzun illər dövr ərzində Mehdiyevin "beşinci kolonla” "mübarizəsi”, AXC-nin isə Rusiyanın ünvanına "barışmaz” mövqeyi reallıqların pərdələnməsinə hesablanmışdı. Təsadüfi deyil ki, şimal qonşumuzun zaman-zaman bərabər hüquqlu əməkdaşlıq niyyətlərindən kənara çıxan cəhdlərinə Bakıdan layiqli cavab verildikcə AXCP ünsürləri daha da radikallaşır, daxildə təzyiq mühiti yaradaraq situasiyanı Azərbaycan əleyhinə çevirməyə cəhd edirdilər. Vətən müharibəsi və antiterror tədbirləri dövründə, habelə postmüharibə reallığında AXCP birmənalı şəkildə siyasi fəaliyyətlə yox, milli mənafelər əleyhinə, daha dəqiq desək, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə fəaliyyətlə məşğul olması da bunun bariz nümunəsidir”.

B.Məhərrəmov vurğulayıb ki, Əli Kərimli başda olmaqla radikallar Mehdiyevlə bərabər batacaqlarını yaxşı dərk edərək bu kimi qarışdırıcı fəaliyyətə baş vurublar:

"Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra AXCP ünsürlərinin və onların nəzarətindəki söyüş müxalifəti və sosial media trollarının diqqəti bir zamanlar Mehdiyevlə rəsmi işgüzar münasibətdə olmuş və hazırda vəzifədə olan digər şəxslərə yönəltməsi Mehdiyev–AXC "əməkdaşlığı”nın bariz nümunəsi hesab edilə bilər. Görünən odur ki, Əli Kərimli başda olmaqla radikallar Mehdiyevlə bərabər batacaqlarını yaxşı dərk edərək bu kimi qarışdırıcı fəaliyyətə baş vurmuşdular. Aydındır ki, yeni reallıqda məhz cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan qələbələri ilə tam müstəqil hərbi-siyasi güc kimi özünü təsdiq edib. Heç şübhəsiz ki, Cənubi Qafqazda maraqların bərabər əsaslarla təmin edilməsini istəməyən qüvvələr üçün bu, arzuolunmaz status-kvo olduğu üçün əks həmlə qaçılmaz idi. Bu mənada, həmin güclərin Azərbaycandakı uzantıları qismində Mehdiyev və onun "partkomu” Kərimlinin, habelə bütövlükdə AXCP-nin fəaliyyətinin köklü araşdırılması son dərəcə zəruri idi”.

"Digər bir məsələ, uzun müddətdir ki, cəmiyyətdə haqlı olaraq sual yaranırdı ki, Əli Kərimli özünün heç bir real gəliri olmamasına baxmayaraq, "ictimai əsaslar” pərdəsi altında cangüdənlər və sosial media terroru üçün muzdlu trol ordusunu hansı vəsait hesabına saxlayıb? Hər kəs əmin ola bilər ki, cari istintaqın hətta ilkin nəticələri bu sualın cavabını artıqlaması ilə verə biləcək”-, deyə deputat bildirib.скачать dle 11.3