Mojo.az Banner
21:40 "Fənərbağça" Lukakunu transfer etdi  |     21:30 13:31 saatının mənası nədir?  |     21:07 Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var  |     20:50 “Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş  |     20:44 İlin ikinci Günəş tutulması başa çatdı (YENİLƏNİB)  |     20:41 "İnter" ingilis futbolçunu transfer etdi  |     20:35 Hörmüz boğazı ilə bağlı GƏRGİNLİK: Trampdan SƏRT AÇIQLAMA  |     20:18 Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi  |     19:50 "Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb  |     19:47 Öldüyü açıqlanan futbolçu "morq"da DİRİLDİ  |     19:42 6 yeni “iPhone” modeli hazırlanır  |     19:19 Xocavənddə mina partladı: Xəsarət alanlar var  |     19:06 Ukrayna 26 kəndi geri qaytardı  |     19:01 Yasamalda oğurluq edənlər saxlanıldı  |     18:52 Mingəçevir su anbarında gənc batdı  |     18:42 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib  |     18:29 "Dinamo"nun baş məşqçisi: "Qarabağ"la matç çox gərgin keçəcək"  |     18:12 Canlı yayımda söyüş söyən tiktoker SAXLANILDI  |     18:03 Dərmanları yanlış vaxtda qəbul etmək təsirini azalda bilər - XƏBƏRDARLIQ  |     17:43 Baş ağrısı, halsızlıq, təzyiq... - Havaların qəfil dəyişməsi sağlamlığa necə təsir edir?  |    
Left Banner
Right Banner

DTX-dən qabaqlayıcı tədbir: Mehdiyevin xəyanət planında Əli Kərimlinin AXCP-si hansı rolu oynayırdı?

29.11.2025 16:52 504
DTX-dən qabaqlayıcı tədbir: Mehdiyevin xəyanət planında Əli Kərimlinin AXCP-si hansı rolu oynayırdı?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi Azərbaycanın regionda güclənməsinə qarşı hər vəchlə mübarizə aparan qüvvələrə endirilən ağır zərbə oldu. Ancaq prosesin davamında bir sıra tədbirlərin də görülməsi labüd idi. Bu baxımdan AXCP sədri Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimin evində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən axtarış aparılması da məhz bu prizmadan nəzərdən keçirilməlidir.

Oxu.Az-ın məsələ ilə bağlı əldə etdiyi məlumat göstərir ki, Dövlət Təhlükəsizlik Xidmətinin bu gün keçirdiyi axtarış əməliyyatları Ramiz Mehdiyev işinin davamı olmaqla bərabər, həm də qabaqlayıcı tədbir kimi xarakterizə olunur.

Şübhəsiz ki, qonşu Rusiyanın Qafqazla bağlı maraqları daim aktual olub. Ancaq bir fakt da var ki, bu gün Rusiyanın diqqəti əsasən Ukrayna cəbhəsinə fokuslanıb. Geosiyasi proseslər göstərir ki, Rusiya-Ukrayna müharibəsi artıq, bəlkə də, son mərhələsini yaşayır. İstənilən halda bu problemin həlli yaxın perspektivdə Rusiya üçün hər zaman olduğundan daha yaxındır.

Ukrayna cəbhəsindəki fasilə və ya hansısa atəşkəs şimal qonşumuzun maraqlarının ilk növbədə Cənubi Qafqaza yönəlməsinə səbəb olacaq. Belə olan halda isə regionun lider ölkəsi, yeni reallıqlar yaratmış Azərbaycan ilk hədəf ola bilərdi.

Proseslərin gedişinin məntiqi nəticəsi də elə məhz Mehdiyev işi ilə bağlıdır. Ölkəni daxildən qarışdırmaq, dövlət çevrilişinə cəhd... Bütün bunlarla artıq Azərbaycan ictimaiyyəti Ramiz Mehdiyevin cinayət işi üzrə ortaya çıxan faktlar işığında tanışdır. Elə ictimaiyyətin Əli Kərimlinin AXCP-si isə bağlı bildiyi məqamlar da bu partiyanın sözügedən maraqlar üçün istifadə olunduğuna şübhə yeri qoymur.

Əgər Ramiz Mehdiyevin planları ifşa edilməsə və "boz kardinal" məqsədinə çatsaydı, şübhəsiz ki, bu xəyanətin hərəkətverici qüvvəsi daim radikal davranışları ilə seçilən, həmişə Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edən AXCP olacaqdı.

Bu baxımdan DTX-nin bu gün həyata keçirdiyi önləyici tədbirlərin sözügedən xəyanət planlarını beşiyində boğmaq üçün vaxtında atılmış addımlar olduğunu vurğulamaq və ictimaiyyətin diqqətinə çatdırmaq gərəkdir. Çünki Ramiz Mehdiyevin çevriliş planları və bu yolda öz dövlətinin maraqlarını Rusiyaya satmasının qarşısını almaq nə qədər önəmli idisə, prosesdə AXCP-nin vaxtında zərərsizləşdirilməsi də dövlət təhlükəsizliyimiz üçün bir o qədər vacib məqam sayılmalıdır.

Əli Kərimli ilə bağlı isə qeyd olunmalıdır ki, axtarış əməliyyatı bir çox faktları ortaya çıxara bilər. Yekun qərar yalnız faktların araşdırılmasından sonra veriləcək olsa da, perspektiv və keçmiş AXCP və onun başında duran şəxslər üçün aydınlıq heç nə vəd etmir.скачать dle 11.3
Mojo.az Banner