Mojo.az Banner
23:02 45 yaşlı aktyor evində ölü tapıldı  |     22:51 "Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq  |     22:46 Azərbaycana düyü idxalı azalıb  |     22:40 Dənizin ortasında susuzluqdan öldülər  |     22:34 İran hərbi çağırış yaşını 12-yə endirdi  |     22:27 Salah A Seriyasına qayıda bilər  |     22:20 Abbas Əraqçi humanitar yardımlara görə Azərbaycan dilində ölkəmizə təşəkkür etdi  |     22:15 "Bu sözüm sənətçilərin xətrinə dəyir" - Zamiq Hüseynov  |     22:06 İranda su anbarı atəşə tutuldu  |     22:01 Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı  |     21:56 Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: Ölənlər var - ADLAR  |     21:48 İran Əbu-Dabidə zavoda zərbələr endirdi: Yaralılar var  |     21:42 Azərbaycandan Rusiyaya ixrac artıb  |     21:37 106 nömrəli marşrut xəttində gecikmələr baş verir? - AÇIQLAMA  |     21:31 Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanıldı  |     21:24 "Dünyada dəyişikliklər fonunda qarğıdalı yeyirik"  |     21:19 Vərəm xəstəliyinə niyə kişilər daha çox yoluxur?  |     21:08 Bakıda "Xruşovka"lar yeni investisiya aləti kimi istifadə edilir? - Video  |     21:00 Hakan Fidan Pakistana səfər edəcək  |     20:54 Novruzdan sonra əl yandıran qiymətlər: Çərəzlər ucuzlaşmadı - VİDEO  |    
Left Banner
Right Banner

"Şamaxinka"da yeni layihənin icrasına BAŞLANILIR - Sıxlıq aradan qaldırılacaq (Video)

28.11.2025 12:35 621
Nəqliyyat axınlarının nizamlanması və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı hissəsində iki yol sahəsi mövcud olduğuna baxmayaraq, biri istifadə olunmadığından kəsişmənin tutumu və buraxıcılıq qabiliyyəti aşağı düşür. İstifadəsiz qalan yol sahəsində isə mövcud qanunsuz parklanma halları hərəkət iştirakçılarının nizamlı və fasiləsiz hərəkətinə ciddi maneə yaradır.

Eyni zamanda, Moskva prospektinin "Şamaxinka" adlanan ərazisində hər iki istiqamət üzrə mövcud olan geriyə dönmə yerlərindən istifadə edən nəqliyyat vasitələrinin və prospekt üzrə əsas axında hərəkət edən avtomobillərin trayektoriyası toqquşur. Bu nöqtələrdə hərəkət yalnız yol nişanları ilə tənzimlənir.

Nəticədə geriyədönmə edən avtomobillər əsas axına daxil olarkən yolda ciddi maneə və sıxlıq yaranır, zolaq dəyişən sürücülər və əsas istiqamətdə hərəkət edən nəqliyyat vasitələri arasında toqquşma riski artır. Pik saatlarda isə prospektin bu hissəsində axın sürəti əhəmiyyətli dərəcədə azalır.

Layihə hazırlanarkən "Rəqəmsal əkiz" üzərindən simulyasiyalar aparılıb.

Reallaşdırılan layihəyə əsasən, 20 Yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində nəqliyyat adacıqları təşkil ediləcək. Beləliklə, 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı və ona paralel hissədə birtərəfli hərəkət təmin olunacaq. Bununla da həmin yol sahəsinin səmərəliliyi dəfələrlə artacaq, kəsişmənin buraxıcılıq qabiliyyəti yüksələcək. Dəyişikliklər nəticəsində 20 Yanvar küçəsinə paralel yerləşən küçədə mövcud qanunsuz parklanma halları aradan qaldırılacaq və 4-cü mikrorayondan Moskva prospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri bu yola yönləndiriləcək.

Layihənin icrası ilə Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyi işıqforla tənzimlənəcək.

Sözügedən yol sahəsində dayanacaq məntəqələrinin yerinin optimallaşdırılması da həyata keçiriləcək.

Tətbiq ediləcək dəyişiklik barədə videoçarxda tanış ola bilərsiniz:скачать dle 11.3
Mojo.az Banner