Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Sumqayıt yolunda çəkilən yeni avtobus zolağı ilə bağlı RƏSMİ AÇIQLAMA - Video (Yenilənib)

12.11.2025 14:34 1 002
Bakı-Sumqayıt yolunda çəkilən yeni avtobus zolağı ilə bağlı RƏSMİ AÇIQLAMA - Video (Yenilənib)
Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində xüsusi hərəkət zolağı yaradılaraq mövcud zolaqla birləşdirilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, buna qədər həmin hissədə mütəmadi olaraq sıxlıq müşahidə olunurdu:

"Müntəzəm marşrut avtobusları metronun "20 Yanvar" stansiyası istiqamətindən "Şamaxinka" adlanan yol sahəsinədək zolaqla fasiləsiz hərəkət etsə də, "Şamaxinka"dan Biləcəriyə qədər olan hissədə avtobus zolağı mövcud deyildi. Bu səbəbdən ciddi ləngimə yaranırdı və səyahət müddəti artırdı.

Sözügedən yol sahəsindən gündəlik 90 000-dən çox sərnişin daşınacaq. Xüsusi hərəkət zolağı sayəsində yeni istifadəyə verilən 18 metrlik iritutumlu 500 nömrəli avtobusların rahat və fasiləsiz hərəkəti təmin ediləcək".

* * * * *

Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı çəkilir.


Bu barədə görüntülər sosial mediada paylaşılıb.

Paylaşımı edən şəxs bildirib ki, yeni zolaq "Şamaxinka" adlanan ərazidən Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət postuna qədər olan yolu əhatə edir.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Sözügedən görüntünü təqdim edirik:
//oxu.azскачать dle 11.3

Ссылка не поддерживается для встроенного формата.

Mojo.az Banner