Mojo.az Banner
00:04 Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO  |     22:25 Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar  |     21:00 Təyyarələrdə niyə həmişə soyuq olur? – Stüardessa səbəbini açıqladı  |     20:53 "GO" içdi, marşrutda sərnişinin pul kisəsini oğurladı  |     20:48 Finlandiya ev telefonları ilə vidalaşdı: Azərbaycan da bu təcrübədən istifadə edə bilərmi?  |     20:40 Son altı ayda ölkədə nə qədər zəlzələ baş verib? - Rayonlar açıqlandı  |     20:35 Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı  |     20:29 Mədədə bir neçə gün qala bilirlər: Ən gec həzm olunan qidalar (SİYAHI)  |     20:27 İnsanlar niyə çox pulları olsa belə, ikinci əl əşyalar alırlar? - Psixoloqların cavabı  |     20:22 Dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb  |     20:14 825 nəfərin Azərbaycandan çıxışına qadağa qoyulub  |     20:09 Valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək  |     20:01 Kiyev bu ölkədən 2 milyardlıq qırıcı təyyarə alır  |     19:56 Siqaret qaçaqmalçılığında ittiham olunan dəstə üzvləri hakim qarşısında  |     19:50 Sabah 35 dərəcə isti olacaq  |     19:42 Elgiz Əkbərin anası vəfat etdi  |     19:37 "Boşanandan 4 ay sonra özümdən 37 yaş kiçik xanımla evləndim" - Tariyel Qasımov  |     19:29 Lerikdə 5 ton narkotik bitki məhv edildi  |     19:24 Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahan verəcək  |     19:10 Tikilən yeni ev mənzilini yarasız hala saldı - VİDEO  |    
Left Banner
Right Banner

Üç səhmdar cəmiyyətinin səhmləri satışa çıxarılacaq

25.11.2025 21:05 582
Üç səhmdar cəmiyyətinin səhmləri satışa çıxarılacaq
Dekabrın 23-də üç səhmdar cəmiyyətinin səhmlərinin satışa çıxarılması ilə bağlı təkrar pul hərracı keçiriləcək.

Median.Az
Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, "Ağdaş Quşçuluq" ASC, "Əli Bayramlı Kimyəvi Təmizləmə" ASC və "İmişli Yağ-Pendir" ASC-nin səhmləri satışa çıxarılacaq.

Qeyd edək ki, "Ağdaş Quşçuluq" ASC Ağdaş rayonunun Qaradağlı kəndində yerləşir və onun nizamnamə kapitalı 677 min 482.2 manat təşkil edir. Cəmiyyət tərəfindən ümumilikdə 338 min 741 ədəd səhm buraxılıb və hər bir səhm 2 manat nominal dəyərə malikdir. Hərraca ümumi səhmlərin 30 faizinə uyğun gələn 101 min 662 ədəd səhm çıxarılıb. Satışa çıxarılan səhmlərin nominal dəyəri 203 min 324 manat, ilkin hərrac qiyməti isə 101 662 manat olaraq müəyyən edilib.

Hərraca çıxarılan digər müəssisə 17 aprel 2007-ci ildə təsis edilmiş "Əli Bayramlı Kimyəvi Təmizləmə" ASC-dir. Cəmiyyət Şirvan şəhərinin Mehmandarov küçəsi, 1 ünvanında yerləşir və nizamnamə kapitalı 85 min 986 manatdır. Bu ASC-nin buraxdığı 171 min 972 ədəd səhm var və hər birinin nominal dəyəri 0.5 manatdır. Təkrar hərraca 77 min 108 ədəd səhm təqdim edilib ki, bu da ümumi səhmlərin 44.84 faizini təşkil edir. Satışa çıxarılan səhmlərin nominal dəyəri 38 min 554 manat, ilkin satış qiyməti isə 19 min 277 manatdır.

Hərracda iştirak edəcək üçüncü müəssisə 29 avqust 1997-ci ildə yaradılmış "İmişli Yağ-Pendir" ASC-dir. Müəssisə İmişli rayonunun Rəsullu kəndində fəaliyyət göstərir və onun nizamnamə kapitalı 238 min 217.6 manatdır. Cəmiyyət ümumilikdə 119 min 109 ədəd, nominal dəyəri 2 manat olan səhm buraxıb. Hərraca bu səhmlərin 30.03 faizinə bərabər olan 35 min 773 ədəd səhm çıxarılıb. Satışa təqdim edilən səhmlərin nominal dəyəri 71 min 546 manat, ilkin hərrac qiyməti isə 35 min 773 manat müəyyən edilib.скачать dle 11.3
Mojo.az Banner