Mojo.az Banner
12:06 Əmtəə və maliyyə məhsul şəhadətnamələri arasındakı fərq müəyyənləşdirilir  |     11:53 Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır  |     11:42 Azərbaycan nefti ucuzlaşıb  |     11:41 "Formula-1" zamanı Bakı yollarında hərəkət necə olacaq?  |     11:25 Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu  |     11:24 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi  |     11:17 Məhsul şəhadətnaməsi təkrar satıla və girov qoyula biləcək  |     23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

“Salyan broyler” və “Xəzər Avtonəqliyyat” hərraca çıxarılır

25.09.2024 18:33 768
“Salyan broyler” və “Xəzər Avtonəqliyyat” hərraca çıxarılır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3 və 8 oktyabr tarixlərində keçiriləcək hərraca ümumilikdə 29 dövlət əmlakı çıxarılacaq.

“APA-Economics” xəbər verir ki, 3 oktyabr tarixində keçiriləcək hərraca 23 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2007-2019-cu illəri əhatə edir.

Məlumata görə, 8 oktyabr tarixində keçiriləcək hərraca 6 səhmdar cəmiyyətinin səhm paketi çıxarılacaq. Hərracda iştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Ağdaş Quşçuluq”, “Gəncə Quşçuluq”, “Neftçala Ət”, “Salyan broyler”, “Xəzər Avtonəqliyyat” və “Zaqatala Fındıq” açıq səhmdar cəmiyyətləridir.

Hərraca çıxarılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 175.157 manatla 1.223.095 manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.скачать dle 11.3
Mojo.az Banner