Mojo.az Banner
14:55 Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     14:48 Xəzər dənizində ZƏLZƏLƏ OLDU  |     14:42 Hücumlar zamanı yaralanan Ali Lider Müctəba Xameneidən XƏBƏR VAR  |     13:48 Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb edən şəxslər saxlanılıblar - Video  |     13:45 Bu gündən Azərbaycanda mühüm qərar QÜVVƏYƏ MİNDİ  |     13:30 Bu yolda sürət həddi endirildi  |     13:04 11 kiloqramdan çox narkotik vasitə aşkarlandı  |     12:53 Əlində protexniki vasitə partladı - 13 yaşlı uşağın barmağı amputasiya edildi  |     12:53 "Brent"in qiyməti 100 dollardan aşağı düşüb  |     12:49 Beyləqanda 65 yaşlı kişi faciəli şəkildə öldü  |     12:46 İsrail Tehrandakı iki raket zavoduna ZƏRBƏLƏR ENDİRDİ  |     12:40 Bakıda və Abşeron yarımadasında yağıntı GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ  |     12:35 Qızıl təxminən dörd faiz BAHALAŞDI  |     12:33 10 gün hasarından aşdıqları evdən 213 min manatlıq OĞURLUQ ETDİLƏR  |     12:31 Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir  |     12:29 Bəzi yerlərdə YAĞIŞ YAĞIR: Görünüş məsafəsi 200-500 metrədək məhdudlaşır  |     12:22 Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb - Video (Yenilənib)  |     12:10 Nazirlikdən hava şəraiti ilə bağlı ƏHALİYƏ MÜRACİƏT  |     12:07 Tərtərdə DƏHŞƏTLİ QƏZA: QARDAŞLAR ÖLDÜLƏR, yaralılar var (Yenilənib)  |     12:01 Azərbaycan nefti ucuzlaşıb  |    
Left Banner
Right Banner

Dövlət Agentliyi haqsız rəqabətə yol verən təsərrüfat subyektlərini cəzalandırdı

18.11.2025 13:50 477
Dövlət Agentliyi haqsız rəqabətə yol verən təsərrüfat subyektlərini cəzalandırdı
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabətə yol verən 6 təsərrüfat subyektinə qarşı tədbir görüb.

Median.Az
bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, quruma daxil olmuş şikayətlər əsasında 6 təsərrüfat subyekti - "Baku Electronics", "ABC Telecom" və "Trust Lux" MMC-lər, eləcə də fiziki şəxslər Pərviz Məmmədhüseyn oğlu Quliyev, Vüsal Nəriman oğlu Qurbanov və Dadaş Azadəli oğlu Vəliyev barəsində rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq ilkin araşdırma aparılıb və haqsız rəqabətə yol verilməsi əlamətləri aşkar olunub. Qeyd olunan təsərrüfat subyektləri haqqında rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və işə baxılması üzrə müvafiq qərarlar qəbul edilib.

İşə baxılmanın yekununda "Baku Electronics" "YOSHIRO" markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə edib: Məhsulların faktiki istehsal ölkələrinin Çin və Özbəkistan olmasına baxmayaraq, onların reklamı zamanı, eləcə də qablaşdırmasında "Yapon ənənəsi", "Yapon keyfiyyəti" kimi ifadələrdən istifadə olunub. Şirkətin həmin malların Yaponiyada istehsal olunduğu təəssüratı yaratdığı, həmçinin məhsullar barədə həqiqətə uyğun olmayan üstünlüklərin təqdim olunması ilə haqsız reklamdan istifadə etdiyi və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən olunub.

Həmçinin "ABC Telecom"un "HOFFMANN" markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi aşkarlanıb: Məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə etməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaratdığı və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən edilib.

"Trust Lux" isə "Y.A.Ş" əmtəə nişanlı bir sıra sanitar-texniki məhsulların faktiki istehsal ölkəsinin Çin olmasına baxmayaraq, qablaşdırmada Türkiyəyə aid məlumatlar, xəritə təsviri, ştrixkod və türk dilində ifadələrdən istifadə edərək onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaradıb. Eləcə də məhsulların mənşəyi və xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə istehlakçıları çaşdırıb və bu hallar Rəqabət Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib.

Bundan əlavə, sahibkar Pərviz Məmmədhüseyn oğlu Quliyev fəaliyyət göstərdiyi obyekt və sosial şəbəkələrdə reklam zamanı başqa sahibkara məxsus "ZAGAR BAKU" əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verib və Rəqabət Məcəlləsinin tələblərini pozub.

Digər sahibkar Vüsal Nəriman oğlu Qurbanov "AUXs" adlı kontrafakt kondisionerlərin satışı zamanı ölkə ərazisində qanunvericiliyə uyğun qorunan (qeydiyyata alınmış) "AUX" əmtəə nişanından qanunsuz istifadə edib. Sahibkar Dadaş Azadəli oğlu Vəliyev isə istehsalını və satışını həyata keçirdiyi süd məhsullarının etiketlərində əsassız olaraq "İVANOVKA" coğrafi göstəricisindən qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verib. Bununla da onlar Rəqabət Məcəlləsinin tələblərini pozublar.

Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə yuxarıda adları qeyd olunan təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər verilib.

Sahibkar Vüsal Nəriman oğlu Qurbanovun kontrafakt hesab edilən "AUXs" adlı kondisionerlərin satışında cinayət tərkibi əlamətlərinin olması nəzərə alınaraq iş üzrə materiallar aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.скачать dle 11.3
Mojo.az Banner