Mojo.az Banner
17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |     17:27 Bakı-Qazax yolunda maşın aşdı - Ölən və yaralananlar var  |     17:09 Bakıda 10 minə maral başı satılır  |     17:06 Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı  |     17:05 Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?  |     16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |     15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |     15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |     15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |     15:16 "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu  |     13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur enerji içkisi istehsalçıları cəzalandırıldı: Səbəb nədir? - RƏSMİ

31.08.2021 15:42 903
Məşhur enerji içkisi istehsalçıları cəzalandırıldı: Səbəb nədir? - RƏSMİ
Enerji içkiləri bazarında haqsız rəqabət halları ilə əlaqədar qərarlar qəbul edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, işlərə baxılan zaman “AVRORA” MMC-nin “BİZON energy”, “BERG ENERGY” MMC-nin eyni adlı məhsulu, “A+CO” ASC-nin “FULL energy”, “NPG Azərbaycan” MMC-nin “PIT BULL” adlı alkoqolsuz içkilərin markalanmasında həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatları təqdim etməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub.

Bununla yanaşı, “PIT BULL” alkoqolsuz içkisinin qablaşdırılmasında “Veysəloğlu” MMC-nin adından qanunsuz istifadə halları aşkarlanıb. Qərarlara əsasən, “BERG ENERGY” MMC, “AVRORA” MMC, “A+CO” ASC və “NPG Azərbaycan” MMC-lərə qarşı müvafiq məsuliyyət tədbirləri barədə qərarlar qəbul edilərək pozuntuların aradan qaldırması barədə göstərişlər verilib.

Qeyd edək ki, bir neçə alkoqolsuz içkinin tərkibi ilə əlaqədar laborator müayinələrin nəticələri dövlət xidməti tərəfindən bütövlükdə enerji içkiləri bazarında haqsız rəqabət hallarına dair geniş araşdırmalara səbəb oldu.

Məlumat üçün bildirək ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və (və ya) antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.скачать dle 11.3
Mojo.az Banner