Mojo.az Banner
17:17 Bakıda kişi keçmiş arvadını küçədə güllələyib öldürdü - Video  |     17:09 Avtomobil bazarında qiymətlər necədir?  |     17:04 Bu il Azərbaycanda minimum əməkhaqqı artırılacaq?  |     16:59 FHN "Sədərək" MMC-yə məxsus restoranda pozuntu aşkarladı - Cərimə olundu  |     16:38 Paşinyan: "TRIPP layihəsi İranın da maraqlarına cavab verir"  |     16:37 Tək yaşayan şəxslərin evlərini hədəf alan dəstə üzvlərinə hökm oxundu  |     16:23 Həbsdən çıxan keçmiş məhbus moped oğurladı, polis yaxaladı  |     16:08 Meyvə şirəsi adı ilə satdıqları məhsullarda - Rəngləyici aşkarlandı (FOTO)  |     16:06 Sabiq icra başcısının oğlunun iki milyon manatı yoxa çıxıb: Əlbir olub Türkiyəyə qaçırtdılar  |     16:03 “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab  |     15:44 Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı YOL ÇƏKİLƏCƏK  |     15:20 Sahibkar olmaq, yoxsa investor? Gənclər hansı yolu seçməlidir?  |     15:04 "Freelancer"lər üçün yeni qaydalar: Vergi artırılır, yoxsa güzəşt edilir?  |     14:57 ABŞ ordusu İranı Rusiya və Çinlə bağlayan tranzit körpünü BOMBALADI  |     13:16 Mərakeş millisinin ən məhsuldar oyunçusu Fransaya qarşı oynamayacaq  |     13:14 Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var  |     13:13 Polis Sabunçuda narkokuryerlərə qarşı əməliyyat keçirdi, 48 kiloqram narkotik aşkarlandı - Video  |     12:50 Neymar yaşıl meydanlarla vidalaşmağa hazırlaşır  |     12:27 Ermənistanda müxalifət partiyasının üzvü saxlanıldı  |     12:10 "Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO  |    
Left Banner
Right Banner

Məhşur enerji içkisi şirkətinə iş başlanıldı: Düzgün olmayan məlumatlar verir - RƏSMİ

23.06.2021 12:31 2 034
Məhşur enerji içkisi şirkətinə iş başlanıldı: Düzgün olmayan məlumatlar verir - RƏSMİ
Enerji içkiləri bazarında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş başlanılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məlumat verilib.

Bildirilib ki, “Avrora” MMC tərəfindən istehsal olunan “BİZON energy” alkoqolsuz içkilərinin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərinin istifadə olunması istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Qeyd edək ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.скачать dle 11.3
Mojo.az Banner