Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

İran buludların əkini əməliyyatına başlayıb

17.11.2025 16:47 783
İran buludların əkini əməliyyatına başlayıb
İran son illərin ən ağır quraqlıq dövrünü yaşayır və buna görə də ölkədə yağıntıların yağması üçün bulud əkini işlərinə başlanılıb.

Median.Az
IRNA agentliyinə istinadən xəbər verir ki, ilk bulud əkini əməliyyatı uzunmüddətli quraqlıq səbəbindən əhəmiyyətli dərəcədə dayazlaşan və duz səhrasına çevrilən Urmiya gölü (İranın ən böyük gölü) ərazisində həyata keçirilib.

Bildirilir ki, Urmiya gölündə suyun səviyyəsinin artırılması üzrə işlər digər əyalətlərdə də davam etdiriləcək. Növbəti əməliyyatların Şərqi və Qərbi Azərbaycan əyalətlərində keçirilməsi planlaşdırılır.

Daha əvvəl İran Meteorologiya Xidməti ölkədə son 50 ilin ən quraqlıq payızının müşahidə olunduğunu açıqlamışdı. Yağıntıların səviyyəsi çoxillik orta göstərici ilə müqayisədə 89% azalıb.

Yaxın Şərqdə su ehtiyatlarının azalması və iqlim dəyişikliyinin nəticələri yağıntı yaratma metodları məsələsində ölkələr arasında gərginlik mövzusuna çevrilir. İran rəhbərliyi keçmişdə İsrail və BƏƏ-ni bulud əkini vasitəsilə yağışa müdaxilədə ittiham edib və buludların İrana çatmazdan əvvəl yağıntı buraxdığını iddia edib.скачать dle 11.3
Mojo.az Banner