Mojo.az Banner
18:05 Bu yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq  |     17:58 Arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən şəxs: "Özümdə deyildim"  |     17:39 Bakıda avtomobil mühərrikləri oğurlandı - Saxlanılan var  |     17:22 Bu ərazilərdə su olmayacaq  |     17:09 Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıblar  |     17:00 Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı, mərhumun oğlu saxlanıldı (Yenilənib)  |     16:26 Doqquzillik baza üzrə kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı  |     16:12 Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ - FOTO  |     16:09 Yevgeni Kukseviç Azərbaycanda iki vəzifəsini itirdi  |     16:07 "Qarabağ" növbəti ayrılığı açıqladı - FOTO  |     16:06 Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ  |     15:47 Xaçmazda yük qatarının vurduğu şəxs öldü  |     15:22 "Google Maps" qalmaqallı Ontario gölünün adını dəyişdi  |     15:18 Nikolas Maduronun həbsdən ilk görüntüsü yayıldı: Xeyli arıqlayıb - FOTO  |     15:17 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb  |     15:10 Palma yağının gizli təhlükəsi: 3-MCPD nədir? - Ağa Salamov AÇIQLADI  |     15:03 İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb  |     14:45 60 yaşlı kişi Bakıda hoteldə öldü  |     14:44 Əli Əsədov Oljas Bektenovu təbrik edib  |     13:32 Dünya bazarında qızıl ucuzlaşdı: Son birja rəqəmləri açıqlandı  |    
Left Banner
Right Banner

Baş direktor: Urmiya gölünün sahəsi 210 kv.km azalıb

05.04.2025 19:23 804
Baş direktor: Urmiya gölünün sahəsi 210 kv.km azalıb
Qərbi Azərbaycan əyalətində yerləşən Urmiya gölünün sahəsi 210 kv.km azalıb.

Median.Az
report-a istinadən xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan Regional Su Şirkətinin baş direktoru Məcid Dəstgahi "Mehr" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu il aprelin 5-də gölün su olan ərazisi 1140 kv.km təşkil edib: "Ötən ilin uyğun dövründə bu göstərici 1350 kv.km olub".

Baş direktor bildirib ki, Urmiya gölünün səviyyəsi hesabat dövründə 1270,28 metr olub: "Ötən ilin eyni dövründə bu rəqəm 1270,34 metr idi. Bu da onu göstərir ki, göldə suyun səviyyəsi də azalır".

Məcid Dəstgahi Urmiya gölündə suyun həcminin azaldığını da söyləyib: "Hazırda suyun həcmi 1,63 milyard kubmetrdir. 2018-ci ilin hesabat dövründə isə bu göstərici 1,8 milyard kubmetr idi".

O, martda yağıntıların miqdarının da ötən ilin eyni dövrü ilə müqayisədə 49,6 faiz azaldığını qeyd edib: "Növbəti aylarda yağıntıların miqdarı azalarsa, Urmiya gölünün vəziyyəti problemli olaraq qalacaq".скачать dle 11.3
Mojo.az Banner