Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

İran rəsmisi: Urmiya gölünün bərpası mümkün olmayacaq

24.07.2025 21:30 1 221
İran rəsmisi: Urmiya gölünün bərpası mümkün olmayacaq
Urmiya gölünün bərpası mümkün olmayacaq.

Bunu Qərbi Azərbaycan vilayəti Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Höccət Cabbari “Tasnim” agentliyinə Urmiya gölündəki vəziyyətlə bağlı müsahibəsində bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunda su ehtiyatlarının idarə olunması, Energetika Nazirliyi və aqrar təşkilatlar tərəfindən suyun toplanması eyni şəkildə qalarsa, quruma prosesi davam edəcək.

Agentliyin müşahidəsinə əsasən, Urmiya gölünün şimal və cənub hissəsi yox olmaq üzrədir və onun dirçəlişinə ümidlər gündən-günə azalır.

Bildirilib ki, yağıntıların kəskin azalması, buxarlanmanın artması, bağların və kənd təsərrüfatı torpaqlarının inkişafının davam etməsi, Urmiya gölünün bərpası üzrə Komitənin qərarlarının yerinə yetirilməməsi bir çox mütəxəssisləri onun bərpasının mümkün olmayacağı qənaətinə gətirib: “Ən yaxşı halda o, bizim mövsümi gölümüz olacaq, yalnız toz fırtınalarının qarşısını alan su hövzəsi kimi dibi nəm qalacaq”.

İnformasiyaya əsasən, Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq, qışda şərait yaxşılaşa bilər.

Çində bəzi mütəxəssislər hesab edirlər ki, ABŞ-nin Böyük Duz gölündə olduğu kimi, ekoloji standartlara uyğun duz yığımı gölün vəziyyətini müəyyən dərəcədə yaxşılaşdıra və eyni zamanda iqtisadi fayda gətirə bilər.

Baş direktor göldə duz hasilatı haqqında da danışıb: "Urmiya gölündə duz ehtiyatları 6,5 milyard ton təşkil edir. Bu da böyük potensial hesab olunur”.

Cabbari əlavə edib ki, yayda, xüsusilə sənayenin duza olan ehtiyacının artdığını nəzərə alaraq, onun toplanması üçün müvəqqəti icazələr verilir: “Bu da gölə xüsusi zərər vermir. Duz ehtiyatları o qədər böyükdür ki, ildə 2 milyon ton duz hasilatı ilə onların tükənməsi üçün təxminən 3000 il lazım olacaq. Buna görə də hasilat baxımından göl üçün təhlükə yoxdur”.

Son xəbərlər