Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Goranboyda kişi qardaşının evini əxlaqsızlıq yuvasına çevirdi

03.11.2025 16:12 513
Goranboyda kişi qardaşının evini əxlaqsızlıq yuvasına çevirdi
Goranboyda kişi qardaşının evini əxlaqsızlıq yuvasına çevirib.

Median.Az
Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb.

Belə ki, rayonda əxlaqsızlıqla məşğul olan qadın 34 yaşlı Fuad Mirzəyevə (adı və soyadı şərtidir) zəng edərək, ona birsaatlıq ev lazım olduğunu deyib. Fuad da qazanc əldə etmək məqsədilə qadınla razılaşıb və qardaşına məxsus evi 50 manat qarşılığında cütlüyə verib.

Fuad Vidadi küçəsində yerləşən və qardaşına məxsus mənzilin açarlarını əxlaqsızlıq edən qadınla onun yanındakı oğlana verəndən sonra küçədə polis əməkdaşları tərəfindən saxlanılıb. Şöbədə onun aldığı 50 manat maddi sübut kimi götürülüb. Polis əməkdaşları həmin evə yoxlama üçün gedəndə qadın və oğlanı cinsi əlaqədə olarkən yaxalayıblar.

Bu əməlinə görə, Fuad Mirzəyev barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs əvvəllər evi əxlaqsızlıqla məşğul olan şəxslərə vermədiyini, lakin 1-2 gün gecələmək istəyənlərə verdiyini deyib. Evi əxlaqsız qadına verməsini isə mənzil sahibi olan qardaşı bilməyib. O, əməlindən peşman olduğunu bildirib.

Goranboy Rayon Məhkəməsinin qərarı ilə Fuad Mirzəyev aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il 11 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum edilib.

Son xəbərlər