Mojo.az Banner
17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:38 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |    
Mojo.az Avto
Mojo.az Avto

Sazda ifa edən, Azərbaycan dilində danışan amerikalı - Video

03.11.2025 13:48 1 188
Sazda ifa edən, Azərbaycan dilində danışan amerikalı - Video
ABŞ-nin Texas ştatında yaşayan Marta Lavrinin saz ifa etməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.

O, illər öncə magistratura təhsili almaq üçün Bakıya gələn zaman gədəbəyli ailənin evində yaşayıb. Həmin ailə onun üçün o qədər doğma olub ki, özünü burada tamamilə evində hiss edib.

Marta Azərbaycanca danışmağı və saz ifa etməyi həmin ailə sayəsində öyrənib. Hər yay Gədəbəyə gedərək, həmin ailə ilə birgə dincələn Marta bu bölgə ilə çox bağlı olduğunu bildirib.

O, sazla ilk tanışlığını Gədəbəyin bir toyunda yaşadığını qeyd edib: "Televiziyada aşıqlara baxanda xoşuma gəlirdi. Mən də o cür oxumağı öyrənmək istəyirdim. Amma mənim üçün bir az çətin idi".

Marta, həmçinin, "Bu yerlərdə qalardım" şeirini əzbərləyərək, hər dəfə onu oxuyanda kövrəldiyini, çünki Gədəbəy haqda düşünərək həmin hisləri dərk etdiyini bildirib.

Amerikalı Marta Lavri Azərbaycanda keçirdiyi vaxtın onun həyatında əvəzsiz bir yer tutduğunu və bu mədəniyyətin ona verdiyi təsirləri heç vaxt unutmayacağını deyib.

Ətraflı İTV-nin süjetində:скачать dle 11.3
Mojo.az Banner