Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu dondurmalar torpağa basdırıldı - Video

03.11.2025 18:14 444
Bu dondurmalar torpağa basdırıldı - Video
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” vasitəsilə San Marino mənşəli “Special Frutta” əmtəə nişanlı dondurma istehsalı üçün nəzərdə tutulmuş yarımfabrikat məhsullarda metal qırıqlarının aşkar olunması barədə məlumat daxil olub.

AQTA tərəfindən həmin məhsulu ölkəyə idxal edən “Virtus Commerce” MMC-də mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq plandankənar yoxlama aparılıb. Nəticədə müəssisəyə məxsus anbar sahəsində ümumilikdə 480 kiloqram dondurma istehsalı üçün yarımfabrikat məhsul aşkar edilib və bu məhsulların məhv edilməsi barədə qərar qəbul olunub.

Fiziki çirklənməyə məruz qalmış məhsulların məhv edilməsi “Təmiz Şəhər” ASC-nin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda torpağa basdırılmaqla həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində tədbirləri davam etdirir.

Son xəbərlər