Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Prezidenti: "Bakı bu gün həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır"

17.11.2025 13:04 1 431
Azərbaycan Prezidenti:
"Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edən Bakı bu gün yalnız qlobal telekommunikasiya mərkəzi deyil, həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır".

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciətində yer alıb.

Konfrans çərçivəsində, eyni zamanda, Bakı şəhərində BTİ-nin Regional Akselerasiya Mərkəzinin açılmasının planlaşdırıldığını diqqətə çatdıran Azərbaycan Prezidenti əlavə edib:

"BTİ-nin qlobal innovasiya şəbəkəsinin bir hissəsi olacaq bu mərkəz region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcək".

Son xəbərlər