Mojo.az Banner
14:05 Sabirabadda 17 yaşlı qız üçün yenidən toy keçiriləcəyinə dair iddialara aydınlıq gətirilib  |     14:00 İntim videolar çəkən FHN-in sabiq əməkdaşı Zaur Mirzəyev azadlığa çıxdı  |     13:59 Lənkəranda iki nəfərin yanmış meyitlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır  |     13:57 Qazax rayonunda mina partlayıb, ANAMA-nın əməkdaşı xəsarət alıb  |     13:28 Qaxda ata mülkünə görə dava: 65 yaşlı kişi bacısına xəsarət yetirdi - Video  |     13:20 Müəllimlərin iş saatının dəyişdirilməsinin YENİ DETALLARI - Video  |     13:17 Balaxanı yolundakı dərin çuxur hərəkəti iflic edir - Sürücülərdən ŞİKAYƏT (Video)  |     12:55 Azərbaycanda 10 ayda büdcədən 280 milyon manata yaxın vəsait geri qaytarılıb  |     12:30 İstanbulda turistlərin zəhərlənməsi ilə bağlı istintaq davam edir: Saxlanılanların sayı artdı  |     12:22 Abşeronda şirniyyat sexində bədbəxt hadisə: Kişi əlini itirdi  |     12:17 "Euronews": Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxır  |     11:24 DSX-nin baş çavuşu ürək çatışmazlığından yox, koronavirusdan vəfat edibmiş  |     11:16 Azərbaycanda boşanmaların ən çox və ən az olduğu iqtisadi rayonlar  |     23:01 Əhali restoran və kafelərdə nə qədər pul xərcləyib?  |     22:54 Tramp BBC-ni məhkəməyə verəcək  |     22:45 Qanunsuz silah-sursatla bağlı 11 fakt müəyyənləşib  |     22:32 Daşkənddə binalar üzərində Azərbaycan bayrağı proyeksiya olunub  |     22:25 Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında YANĞIN (Video)  |     22:17 Sosial şəbəkələrdə qadınları şantaj edənləri hansı cəza gözləyir? - Video  |     22:04 Şəkidə sahibsiz it iki nəfərə hücum etdi  |    
Left Banner
Right Banner

Prezident İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb (Yenilənib)

17.11.2025 12:04 174
Prezident İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb (Yenilənib)
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Median.Az
President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları!

Sizi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Telekommunikasiya sahəsində mötəbər beynəlxalq tədbir - Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. Bu, Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında mövcud olan uzunmüddətli səmərəli əməkdaşlıq ənənələrinin təzahürü, eyni zamanda, ölkəmizin rəqəmsal inkişaf sahəsində qlobal müstəvidə aparıcı mövqeyə malik olmasının bariz göstəricisidir.

Telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən tənzimləyici orqanları, beynəlxalq təşkilatları və bütün maraqlı tərəfləri bir araya gətirən bu konfransın məqsədi strategiya və tənzimləmə mexanizmlərini təkmilləşdirmək, inklüziv və dayanıqlı rəqəmsal transformasiyanın təşviqi istiqamətində müzakirələr aparmaq, rəqəmsal əlçatanlığı artırmaqdır.

Dünya artıq yeni bir rəqəmsal dövrə qədəm qoyub. Hazırda texnoloji inkişaf və rəqəmsallaşma ölkənin inkişaf səviyyəsini şərtləndirən, bəşəriyyətin gələcəyini müəyyənləşdirən əsas amillərdən birinə çevrilib. Təəssüf ki, rəqəmsal dünyanın bu qədər inkişaf etdiyi bir dövrdə iki milyarddan çox insan hələ də internetə çıxış imkanından məhrumdur. Müasir dövrdə heç bir ölkə və heç bir insan rəqəmsal gələcəkdən kənarda qalmamalıdır. Bunun təmin olunması bizim ortaq məsuliyyətimizdir.

Kommunikasiya texnologiyaları sahəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib, son dörd ildə sabit artım ritmi qazanıb. Bütün bunlar süni intellektin inkişaf etdirilməsi, kiberhücumların qarşısının alınması və rəqəmsal infrastrukturun genişləndirilməsi sahəsində görülən ardıcıl tədbirlərlə müşayiət olunur.

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir. Bundan əlavə, "Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər" sənədinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi ölkəmizin əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Biz bu istiqamətdə dövlət və özəl sektorları arasında əməkdaşlığa xüsusi önəm veririk.

Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur. Rəqəmsal şəxsiyyət sahəsində də ölkəmiz qabaqcıl ölkələr sırasındadır. SİMA adlı biometrik rəqəmsal imza sistemi artıq 3.6 milyon istifadəçi tərəfindən qəbul edilib, 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunub. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin "Elektron Hökumətin İnkişafı İndeksi"nin ən yüksək kateqoriyası qrupuna daxil olub. Məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır.

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edən Bakı bu gün yalnız qlobal telekommunikasiya mərkəzi deyil, həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır. Konfrans çərçivəsində, eyni zamanda, Bakı şəhərində BTİ-nin Regional Akselerasiya Mərkəzinin açılması planlaşdırılır. BTİ-nin qlobal innovasiya şəbəkəsinin bir hissəsi olacaq bu mərkəz region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcək.

Əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr, qəbul olunacaq qərarlar, yaradılacaq tərəfdaşlıqlar inklüziv, təhlükəsiz və dayanıqlı rəqəmsal gələcəyin qurulmasına xidmət edəcək, milyardlarla insanın həyatına öz təsirini göstərəcəkdir.

Sizə bir daha ən xoş arzularımı yetirir, məhsuldar müzakirələr, tədbirin işinə uğurlar arzulayıram".

* * * * *

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-2025) iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev oxuyub.
скачать dle 11.3