Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur"

13.11.2025 22:36 930
Həkim qaraciyər xəstələri üçün ideal səhər yeməyi və nahar menyusunu açıqlayıb.

Median.Az
xəbər verir ki, rusiyalı dietoloq-hepatoloq Nuriya Dianova qaraciyər xəstəliklərindən əziyyət çəkən şəxslərə düzgün qidalanma ilə bağlı tövsiyələr verib.

Həkimin sözlərinə görə, qaraciyər xəstələri üçün yüngül, zülal və tərəvəzlərlə zəngin səhər yeməyi vacibdir.
"Səhər yeməyinə yaşıl lobyalı omlet hazırlamaq olar. Lobyaları bir qədər bişirib yumurta və süd qarışığı ilə sobaya qoymaq kifayətdir. Beləcə yemək həm dadlı, həm də lif baxımından faydalı olur. Omletin yanında buğda çörəyi vermək olar. Bu, ənənəvi çörək-yağ səhər yeməyinin sağlam variantıdır", - deyə Dianova bildirib.

Mütəxəssis vurğulayıb ki, bitki mənşəli yağlar qaraciyərin vəziyyətini yaxşılaşdırır, öd axınının normallaşmasına kömək edir və piylənmənin qarşısını alır. "Gündə ən azı bir çay qaşığı bitki yağı qəbul etmək lazımdır. Yağı sıyığa, salata və ya qarnira əlavə etmək olar" - deyə həkim qeyd edib.
Dianova həmçinin naharda bitki əsaslı yeməklərə üstünlük verməyi tövsiyə edib. "Məsələn, bitki mənşəli "ət"dən hazırlanmış kotletləri arpa və balqabaqla birlikdə yemək olar. Axşam yeməyinə isə toyuq və ya hinduşka ciyəri bişirib, bol yaşıl göyərti ilə birlikdə təqdim etmək məqsədəuyğundur", - deyə o əlavə edib.

Həkim bildirib ki, qırmızı ətin azaldılması və bitki əsaslı məhsullara keçid qaraciyərin yüklənməsini azaldır. "Pasiyentlərimə izah edirəm ki, belə qidalanma onlara bahalı qaraciyər dərmanlarına daha az ehtiyac duymağa kömək edir. Müasir bitki mənşəli məhsullar zülal, lif və vitaminlərlə zəngindir. Məhz zülal çatışmazlığı qaraciyər xəstələrində ən çox rast gəlinən problemdir" - deyə Dianova vurğulayıb.

Son xəbərlər