Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı |
Mojo.az Avto
Mojo.az Avto

Prokuror "Fənərbağça"nın iki futbolçusunun həbsini tələb edib

13.11.2025 22:12 813
Prokuror
İstanbul məhkəməsində keçirilən dinləmə zamanı prokuror "Fənərbağça" klubunun futbolçuları Ceydon Ostervolde və Mert Hakan Yandaşın həbsini tələb edib.

Median.Az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, məhkəmə iclası Türkiyə Superliqasının ötən mövsüm 37-ci turu çərçivəsində keçirilmiş "Qalatasaray" - "Fənərbağça" oyunundan sonra baş vermiş qalmaqallı hadisələrlə bağlı olub.

Prokuror Ostervolde və Yandaşdan savayı, "Fənərbağça" klubunun həkimi Ertuğrul Karanlık, "Fənərbağça"nın keçmiş meneceri Hulusi Belgü və keçmiş baş məşqçi İsmail Kartalın oğlu Emre Kartalın 1 il 3 ay müddətindən 3 il 4 ay 15 gün müddətinə qədər həbsini tələb edib.

Dövlət ittihamçısı adı sadalananların "qəsdən xəsarətlərinin yetirilməsi" və "idman meydanlarında asayişin pozulması və idman qurğularına zərər verilməsi" ittihamları ilə təqsirli bilinməsini istəyib.

Məhkəmə şübhəlilərin vəkillərinə müvəkkilərini müdafiə etmələri üçün vaxt verərək, növbəti məhkəmə iclasını yanvarın 15-nə təyin edib.

Son xəbərlər