Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezidentin ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək?

04.11.2025 18:04 447
Prezidentin ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək?
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Prezident İlham Əliyev çıxışında Azərbaycan dilinin qorunmasının vacibliyini xüsusi vurğulayıb və alimləri bu istiqamətdə dəstək göstərməyə çağırıb.

Bəs ana dilinin saflığının qorunması üçün hansı addımlar atılacaq?

Median.Az Bizim.media-ya istinadla xəbər verir ki, AMEA-nın prezidenti İsa Həbibbəyli Azərbaycan dilinin elmi qrammatikası üzərində uzunmüddətli işlərin aparılmasının akademiyanın prioritet istiqamətlərindən olduğunu deyib:

"Azərbaycan dilinin elmi qrammatikası məhz AMEA-da həyata keçirilən uzunömürlü layihələrdən biridir. Müstəqillik dövrünün çağırışları Azərbaycan dilinin qrammatikasının milli ideologiya əsasında yenidən formalaşdırılmasını zəruri edir", - deyə İsa Həbibbəyli bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin dilin qorunması ilə bağlı tapşırıqları müasir dövrün reallıqlarına tam uyğun gəlir. Bu istiqamətdə akademiyada bir sıra fundamental elmi tədqiqatlar aparılır, nəşrlər hazırlanır:

"Hazırda Azərbaycan dilinin daxili imkanları hesabına zənginləşdirilməsi, lazımsız texnologiya və yad təsirlərdən qorunması üçün lüğətlər, ensiklopediyalar üzərində iş gedir. Artıq fonetika və leksika kitabları çapdan çıxıb. Yaxın vaxtlarda sintaksis və leksikologiya kitabları da nəşr olunacaq. Bundan başqa, nitq mədəniyyəti kitabı üzərində iş aparılır".

O qeyd edib ki, AMEA qarşıya qoyulan məqsədlərə əməli işlərlə və real tədqiqatlarla cavab verməyi planlaşdırır:

"Biz Azərbaycan Prezidentinin çağırışına cavab olaraq dilimizin inkişafı və saflığının qorunması istiqamətində praktiki addımlar atacağıq".скачать dle 11.3
Mojo.az Banner