Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək | 19:21 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı |
Mojo.az Avto
Mojo.az Avto

"ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib

31.10.2025 21:58 846
Oktyabrın 31-də "Bakıya Uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") layihəsinin daha bir tədbiri - "Püstə: canlı irs" təqdimatı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçirilib.

Median.Az
AZƏRTAC xəbər verir ki, əvvəlcə Maqsud İbrahimbəyovun "Püstə ağacı" hekayəsi əsasında hazırlanan monotamaşa təqdim edilib.

Oxucunu duyğular, xatirələr və nostalji dünyasına aparan əsərin mərkəzində keçmişlə bu gün arasındakı ayrılmaz bağlılığın rəmzinə çevrilən püstə ağacı dayanır.

Maqsud İbrahimbəyovun ən təsirli əsərlərindən biri olan bu hekayədə hadisələr bir uşağın gözü ilə nəql olunur. Bu monotamaşada müharibə illərindəki uşaqlığını xatırlayan artıq böyümüş oğlan obrazını isə Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov canlandırıb.

Tamaşaçılar onunla birlikdə mərkəzində iri bir püstə ağacı bitən kiçik Bakı həyətinə səyahət ediblər.

Sonra "Azərxalça" ASC-nin toxuduğu triptix - üç xalçadan ibarət əsər təqdim olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva kompozisiya ilə tanış olub.

Bildirilib ki, kompozisiya çətinliklərə baxmayaraq həyatın yenidən başlaya və bar verə biləcəyini göstərir. Su isə triptixdə üç hissəni birləşdirən mühüm rəmz kimi verilir. O, böyümə və inkişaf üçün zəruri həyat gücünün rəmzi olaraq həyatın dövri xarakterini vurğulayır.

Daha sonra Leyla Əliyevanın iştirakı ilə Mərkəzin terrasında püstə ağacı əkilib.

Qeyd edək ki, bu mərasim suya, həyata və təbiətə qayğının rəmzi kimi təcəssüm olunur. Püstə - keçmişlə gələcəyin, sənətlə ekologiyanın, insanla torpağın vəhdəti kimi qələmə verilir.

Daha sonra IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri İçərişəhərdə təşkil olunmuş Zeytun Festivalını ziyarət edib. Ölkəmizin ayrı-ayrı bölgələrindən gətirilən zeytun və zeytun məhsulları ilə tanış olub. Festivala gələn şəhərimizin qonaqları və turistlərlə səmimi söhbət atmosferində keçən ziyarətdə xatirə şəkilləri də çəkilib.

Son xəbərlər