Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Marsda mümkün su hövzələrinin harada ola biləcəyi aşkar edildi

29.10.2025 13:37 891
Marsda mümkün su hövzələrinin harada ola biləcəyi aşkar edildi
ABŞ-nin Arizona Planetologiya İnstitutunun alimləri Marsın səthinin altında maye su axınları şəbəkəsinin mövcud ola biləcəyini və suyun donmuş torpağın içindən axa biləcəyini ehtimal ediblər. Yeni hesablamalar göstərib ki, bu dar kanallar mikroorqanizmlərin həyatını dəstəkləmək üçün kifayət qədər miqyaslı ola bilər.

Bununla bağlı tədqiqatın nəticələri "Icarus" jurnalında dərc edilib.

"Biz həmişə Marsın potensial yaşayış üçün yararlılığı və yaşayış üçün tamamilə yararsızlığı arasında qalırıq. Biz sübut etmək istəyirdik ki, orada həyat üçün kifayət qədər su yoxdur, lakin yanıldıq", - deyə tədqiqatın aparıcı müəlliflərindən olan Hanna Sayzmor qeyd edib.

Tədqiqatçılar buzlu torpağın nə qədər hissəsinin maye halında qala biləcəyini və kanalların ölçüsünü nə qədər olacağını qiymətləndirmək üçün Mars torpağının tərkibi haqqında məlumatlardan istifadə ediblər. Marsda su adətən -150°C-yə qədər aşağı temperaturlarda donur. Lakin torpaqda duzların olması donma həddini aşağı salır və bu da suyun hətta ekstremal şəraitdə belə maye halında qalmasına imkan verir.

Sayzmor və həmkarları tərkibində 5%-dən çox su olan və diametri beş mikron (metrin milyonda bir hissəsi - red.) olan kanalların kifayət qədər asanlıqla əmələ gələ biləcəyini aşkar ediblər. Alimlər izah ediblər ki, çox kiçik məkanlar mikrobların orada yaşaması və qida maddələrini daşıması üçün kifayətdir.

Alimlər bu qənaətə gəliblər ki, Marsın səthə yaxın təbəqələrində həyat mövcud ola bilər.скачать dle 11.3
Mojo.az Banner