22:29 “Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” - AQTA və qəssablar arasında qalmaqal (Video)  |     22:20 Yeni “iPhone” dizaynları təqdim ediləcək  |     22:15 “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır  |     22:08 Bu yanacaqdoldurma məntəqəsi bağlandı - Video  |     22:00 Narkokartellər Avropaya kokain keçirmək üçün yeni üsullara əl atıb  |     21:54 Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir - Video  |     21:49 28 yaşlı kişi kəsici alətdən xəsarət aldı  |     21:47 Həmin qalmaqallı qurultaydan daha bir görüntü - Video  |     21:26 Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir  |     21:13 Rusiyada həbsdə olan azərbaycanlı iş adamı sərbəst buraxıldı  |     21:06 Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub  |     21:01 Çobanyastığı çayının 5 yan təsiri - Diyetoloqlar açıqladı  |     20:54 Kirayə mənzil qiymətləri artacaq  |     20:47 Torpaq bazarında qiymətlər necədir?  |     20:44 Donald Tramp Kim Çen Inla görüşməyə hazırdır  |     20:29 Məktəblilər bu tarixdən payız tətilinə çıxacaqlar -TƏQVİM  |     20:20 Bu müəllimlər 2027-ci ildə də sertifikasiyadan keçəcək - Nazir müavini  |     20:06 “Stadionun enerjisini hiss etməliyik” - Alonso  |     19:57 Azərbaycan hərbçiləri NATO təlimində iştirak edir  |     19:52 Polisə o qədər zəng etdi ki, həbs olundu  |    

COVİD və qriplə qarışdırılır, çox sürətlə yayılır - Ölümcül xəstəlik geri qayıtdı

Üç həftədən artıq davam edən öskürək, gecə tərləməsi və qəfil çəki itkisi... Bunlar təkcə qrip və ya COVİD-19 deyil, yenidən yayılmağa başlayan vərəmin də əlamətləri ola bilər. 


Qaynarinfo xəbər verir ki, pandemiya dövründə diqqətdən kənarda qalan bu qədim xəstəlik bir çox ölkədə sürətlə yayılmaqdadır. Mütəxəssislər xəbərdarlıq edir: "Müalicə vasitəsilə yoluxma zəncirini qırmaq üçün sürətli hərəkət etməliyik".

Qlobal miqyasda vərəmin artımı narahatlıq doğurur

Son məlumatlara görə, xüsusilə Böyük Britaniyada və digər bir sıra ölkələrdə vərəm hallarında nəzərəçarpacaq artım müşahidə olunur. Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA), 2024-cü ildə ölkədə qeydiyyata alınan vərəm hallarının əvvəlki illə müqayisədə 13,6 faiz artaraq 5490-a çatdığını açıqlayıb. Halların əksəriyyəti xarici mənşəli olsa da, yerli əhali arasında da artım tendensiyasının başladığı vurğulanır.

Agentliyin vərəm bölməsinin rəhbəri Dr. Ester Robinson "Daily Mail” qəzetinə açıqlamasında bildirib:

"Qızdırma ilə müşayiət olunan israrlı öskürəyə biganə qalmaq olmaz. Bu simptomlar hər zaman qrip və ya COVİD-19 mənasına gəlmir, vərəm kimi ciddi xəstəliklərin də xəbərçisi ola bilər".

O, həmçinin qeyd edib ki, sürətli diaqnoz və müalicə ilə yoluxma zəncirini qırmaq mümkündür. Bu səbəbdən risk qrupuna aid şəxslərin vaxt itirmədən həkimə müraciət etməsi həyati əhəmiyyət daşıyır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, vərəm 2023-cü ildə təxminən 1,25 milyon insanın ölümünə səbəb olub və bu göstərici ilə HİV, malyariya və COVİD-19-u geridə qoyub. Bu, xəstəliyin hələ də ciddi bir qlobal sağlamlıq təhdidi olduğunu göstərir.

COVİD-19 dövründə diqqətdən yayınmış xəstəlik

Mütəxəssislərin fikrincə, pandemiya illərində vərəm bir qədər arxa plana keçib. Döş qəfəsi xəstəlikləri üzrə mütəxəssis Dr. Abdullah Kansu bildirib ki, COVİD-19 və vərəm hər ikisi oxşar simptomlarla – öskürək, nəfəs darlığı, qızdırma kimi şikayətlərlə özünü göstərir. Bu da vərəm hallarının pandemiya zamanı ikinci plana keçməsinə səbəb olub.

Dr. Kansu əlavə edib ki, hazırda diaqnostik imkanlar çox genişdir – qan analizləri, rentgen və digər üsullarla bu iki xəstəliyi bir-birindən dəqiq ayırmaq mümkündür. Ona görə də qarışdırılma qorxusu yoxdur.

Vərəm yalnız ağciyərləri deyil, digər orqanları da zədələyə bilər

Mütəxəssis vurğulayıb ki, vərəm təkcə ağciyərlərə deyil, beyni, sümük və limfa sistemini də təsir edə bilər:

"Vərəm bəzən "vərəm menengiti" kimi beyin iltihabına, qadınlarda isə boruların zədələnməsi nəticəsində sonsuzluğa səbəb ola bilər. Sümükləri və bağırsaqları tutaraq ciddi fəsadlara gətirib çıxarır".

Asan yoluxma mexanizmi

Vərəmin əsas simptomları uzunmüddətli öskürək, balğam, gecə tərləməsi, bədən çəkisinin azalması və davamlı qızdırmadır. Dr. Kansu xəbərdarlıq edib:

"Xəstə öskürərkən mikroblar havaya damcı yolu ilə yayılır. Eyni mühitdə olan insanlar bu damcıları tənəffüs etdikdə infeksiya asanlıqla ağciyərlərinə keçə bilər".

Bununla belə, o qeyd edib ki, hər yoluxan şəxs xəstələnmir. Güclü immunitetə malik insanların əksəriyyəti mikrobu təsirsiz hala gətirə bilir. Yoluxanların yalnız təxminən 5 faizində xəstəlik inkişaf edir.

Müalicə necə aparılır?

Dr. Kansu bildirib ki, vərəm təxminən 6 ay davam edən bir müalicə prosesi tələb edir. İlk iki ayda dörd fərqli antibiotik təyin olunur, sonrakı dörd ay isə yalnız iki dərmanla davam edilir. Bu müddətdə xəstələr dispanserlərdə mütəmadi izlənilir, rentgen və balğam analizləri ilə bərpa prosesi qiymətləndirilir:

"Müalicənin ardıcıl aparılması çox vacibdir. İlk iki aydan sonra xəstənin ümumi vəziyyəti yaxşılaşır, amma tam sağalma üçün müalicəni sona qədər davam etdirmək mütləqdir".

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            93 25.10.25 15:02