Mojo.az Banner
16:13 Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama  |     16:06 Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək  |     15:54 Mehdiabadda kişini başından vurub öldürdülər  |     15:49 Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ  |     15:45 IV kurs tələbəsi vəfat etdi  |     15:36 Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam  |     14:39 Fransada bəzi məmurlar narkotik testindən sonra işdən kənarlaşdırılıblar  |     14:33 Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - 23.07.2026  |     14:25 Dünyada yanacaq tədarükü təşvişi - NEFT BAHALAŞDI  |     14:20 Bakıda binalardan birində liftlərin fəaliyyəti dayandırıldı  |     14:13 Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır  |     14:05 ABŞ Səudiyyə Ərəbistanının dinc nüvə proqramını dəstəklədi  |     14:00 Avropada anomal istilərin səbəbi açıqlanıb  |     13:54 Yay mövsümündə dişləri zədələyən əsas amillər - Mütəxəssisdən vacib tövsiyələr  |     13:45 Xəzərdə batmaqda olan iki nəfər XİLAS EDİLDİ  |     13:40 Nabranda FACİƏ: 17 yaşlı qız dənizdə boğuldu  |     13:31 Nigar Rüstəmliyə yüksək vəzifə verildi  |     13:30 Venesuelada zəlzələ qurbanlarının sayı artır: Son statistika açıqlandı  |     13:01 "Qarabağ"ın rəqibinin futbolçusu: "Bizim üçün heç-heçə məğlubiyyətə bərabərdir"  |     12:51 "Arzum" həbsdən BURAXILDI  |    
Left Banner
Right Banner

Ramiz Mehdiyev yaxın adamını necə həbs etdirib? - FOTO

23.10.2025 14:17 1 131
Ramiz Mehdiyev yaxın adamını necə həbs etdirib? - FOTO
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ağır ittihamlarla cinayət məsuliyyətinə cəlb edilməsi uzun illər onun ətrafında olmuş şəxsləri yenidən gündəmə gətirib.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, R.Mehdiyevə xidmət etmiş "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədov da həmin təsir sisteminin içində yer almışdı.

Bu yaxınlıq onu metallurgiya sahəsində tanınmış iş adamına çevirsə də, xilas edə bilmədi. 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rasim Məmmədovu həbs etdi.

Məmmədov artıq 4 ildir həbsdədir. Mənimsəmə, dələduzluq və başqa cinayətlərinə görə hələ 10 ilə yaxın da həbsdə qalmalı olacaq.

Ramiz Mehdiyev yaxın adamını necə həbs etdirib?

Ramiz Mehdiyev onu da satdı

2020-ci ilin sonlarında artıq Ramiz Mehdiyevin ailəsi Rasim Məmmədovdan üz çevirdi. Əvvəlcə onun oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev Rasim Məmmədovdan şikayət etdilər. Onlar ərizələrində göstəriblər ki, R.Məmmədov birindən 4 milyon, digərindən isə 3.5 milyon dollar mənimsəyib. Mehdiyev ailəsi illərlə o dövrlərdə metallurgiya sahəsini öz inhisarında saxlayan zavoddan gələn pullar hesabına özlərinə yeni bizneslər qurdular.

Uzun müddət Ramiz Mehdiyevin "çətiri" altında fəaliyyət göstərmiş iş adamı sonradan öz məhkəmə proseslərində bu münasibətdən açıq şəkildə danışmağa başladı: "Mən yediyim qaba tüpürməmişəm. Ramiz Mehdiyevi atam qədər istəyirdim. Pis günündə yanında olmuşam. İşdən sonra onu gəzdirmişəm, xəstə olub, yanına getmişəm".

O, vəkillərinin vəsatətinə qarşı çıxaraq "ağsaqqalı"nın məhkəmədə dindirilməsinə belə razılıq verməsə də, Mehdiyev "Mən özüm bilirəm hərəkətim və mənəviyyatım nədən ibarətdir. Biz hüquqi dövlətdə yaşayırıq, hər kəs törətdiyi əmələ görə cavab verəcək", - deməklə onunla məsafə saxladı.

Ramiz Mehdiyev yaxın adamını necə həbs etdirib?

Sonuncu plan da alt-üst oldu

Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ilə Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova daha sonra üzərinə həbs qoyulmuş "Baku Oksford Məktəbi" uğrunda mübarizə aparmağa başladılar.

Tərəflər məktəbdə pay hüquqlarının onlara məxsus olduğunu iddia etsələr də, məhkəmələr binanın "Baku Steel Company"dən mənimsənilən vəsaitlə inşa olunduğunu təsdiqlədi. Nəticədə bina dövlət nəfinə müsadirə edildi.

İndi isə vəziyyət dəyişib - Rasim Məmmədov illərdir həbsdə yatır, Ramiz Mehdiyev isə ev dustaqlığındadır. Ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdən əlavə, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılması ittihamı da irəli sürülüb. Məhz bu epizod üzrə Rasim Məmmədov da şahid qismində dindirilə bilər. Onun nələri etiraf edəcəyini isə indidən maraq doğurur.

Ramiz Mehdiyevin özünün də dediyi kimi: "Hər kəs törətdiyi əmələ görə cavab verəcək".скачать dle 11.3
Mojo.az Banner