Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş prokuror Kamran Əliyev Braziliyaya gedib

22.10.2025 11:58 765
Baş prokuror Kamran Əliyev Braziliyaya gedib
Braziliyanın Belem şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı - COP30 çərçivəsində "Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu" mövzusunda plenar iclas keçiriləcək.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti həmin tədbirdə iştirak məqsədilə Braziliyaya səfər edib.

Baş prokuror plenar iclasda çıxış edəcək, iqlim idarəçiliyində hüquq-mühafizə orqanlarının rolu və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda fikirlərini bölüşəcək.

Xatırladaq ki, Bakı şəhərində keçirilmiş COP29 çərçivəsində ilk dəfə Azərbaycanın Baş Prokurorluğunun təşəbbüsü ilə Azərbaycan Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) tərəfindən və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə Mavi zonada "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiya təşkil olunmuşdu.

COP30 çərçivəsində keçirilən hazırkı sessiya Bakıda keçirilmiş həmin tədbirin məntiqi davamı xarakteri daşıyır.скачать dle 11.3
Mojo.az Banner