Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:24 Azərbaycanda işsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək | 19:15 Bu yolda xətlənmənin olmaması sürücüləri çətin vəziyyətə saldı - VİDEO | 19:10 Qubada avtomobil dərəyə aşdı | 19:03 Kambocada avtobus gölə düşdü- Beş məktəbli öldü | 18:57 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu | 18:48 Paşinyan Parisdə Makronla görüşüb | 18:28 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto | 18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq |
Mojo.az Avto
Mojo.az Avto

Baş prokuror: “Ekoloji problemlərin həlli istiqamətində Xəzəryanı dövlətlərin əməkdaşlığını dəstəkləyirik”

04.04.2024 12:28 1 710
Baş prokuror: “Ekoloji problemlərin həlli istiqamətində Xəzəryanı dövlətlərin əməkdaşlığını dəstəkləyirik”
“Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır”.

Bunu baş prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin “Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları” mövzusunda beştərəfli görüşü zamanı deyib.

O bildirib ki, ətraf mühit və ekoloji sahədə aparılan dövlət siyasətinin uğurlu nəticəsidir ki, cari ilin noyabr ayının 11-dən 24-dək ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycan ev sahibliyi edəcək:

“Qürurverici haldır ki, bu mötəbər tədbir çərçivəsində ölkəmizin Baş Prokurorluğu tərəfindən iqlim fəaliyyətində hüquq mühafizə orqanlarının səfərbər edilməsinə həsr olunmuş sessiyanın təşkili planlaşdırılır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Xəzər dənizinin ekoloji problemlərinin həlli istiqamətində Xəzəryanı dövlətlərin əməkdaşlığını dəstəkləyir”.

Son xəbərlər