Mojo.az Banner
22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |     19:40 Üç yaşlı uşaq üçüncü mərtəbədən yıxıldı  |     19:17 Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA  |     19:06 Azərbaycanda 11 modul tipli məktəb quraşdırılacaq  |     18:46 Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul edib

03.09.2024 17:13 1 263
Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prokurorluğun nümayəndə heyətinin rəhbəri Heydər Məmmədovu və eyni zamanda Ali Məhkəmənin nümayəndə heyətinin rəhbəri, həmin məhkəmənin sədr müavini Çingiz Əsgərovu qəbul edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, baş prokurorun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Anar Nəsibovdan ibarət nümayəndə heyəti qardaş Türkiyənin Ankara şəhərində "2024-2025 Yeni Ədliyyə İli Açılış Tədbiri"ndə iştirak ediblər. Mərasimdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ali Məhkəmənin sədri Ömer Kerkez, baş prokuroru Muhsin Şentürk, digər hakim və prokurorlar iştirak ediblər.

Daha sonra prokurorluğun nümayəndə heyəti Türkiyə baş prokuroru Muhsin Şentürk və Ali Məhkəmənin sədri Ömer Kerkezlə rəsmi görüşlər keçirib, ölkələrimiz arasında hüquqi əməkdaşlığın daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı 29 sentyabr - 2 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağı barədə həmkarlara məlumat verilib, tədbirə qatılacaq Türkiyə Respublikasının baş prokuroru Muhsin Şentürklə konfrans barədə müzakirələr aparılıb. Həmçinin noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin müstəsna tarixi əhəmiyyəti və həmin mötəbər tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi mövzusunda yüksək səviyyəli plenar sessiyanın keçiriləcəyi barədə həmkarlara ətraflı məlumat verilib.скачать dle 11.3
Mojo.az Banner