Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Dabaq xəstəliyi insana keçə bilər? - RƏSMİ AÇIQLAMA

21.10.2025 15:38 447
Dabaq xəstəliyi insana keçə bilər? - RƏSMİ AÇIQLAMA
“Dabaq virus mənşəli yüksək kontagioz iti gedişli infeksion xəstəlik olub xüsusən də cütdırnaqlı heyvanlarda bədən temperaturunun yüksəlməsi, ağız boşluğu selikli qişasının, yelin və ətrafların aftalı zədələnmələri ilə səciyyələnir”.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev verib.

Onun sözlərinə görə, dabaq virusunun 7 tipi və 60-dan artıq alt tipi var:

“Dabaq xəstəliyinə yoluxmuş heyvanlar digər sağlam heyvanlardan təcrid edilməlidir. Orqanizmin rezistentliyi yüksək olan heyvanlarda xəstəlik özünü yüngül formada büruzə verir, orqanizmin rezistentliyi aşağı olan heyvanlarda isə xəstəlik bir qədər ağır formada biruzə verir. Bu zaman ağız boşluğu, dırnaq nahiyəsi və yelində aftalar əmələ gəlir. Xəstəliyin spesifik müalicə vasitəsi olmadığı üçün heyvanlarda simtomatik müalicə vasitələrindən və vitamin-mineral komplekslərindən istifadə edilir. Dabaq xəstəliyinə yoluxmuş heyvanlarda zədələnmiş sahələr 7-8 gün sonra bərpa olunur və 2 həftə ərzində xəstə heyvanlar sağalır. Xəstəliyi keçirmiş heyvanlarda bir ilə qədər təbii immunitet yaranır. Xəstəliyi vezukulyar stamotitdən, ağızın selikli qişasının zədələnmələrindən və digər xəstəliklərdən təfriq etmək lazımdır”.

Bayandur Rzayev bildirib ki, 2023-cü ilədək ölkə ərazisində dabağın 3 tipinə qarşı profilaktik peyvəndləmələr aparılırdı: “2023-cü ildən sonra isə peyvənd proqramına 4-cü tip əlavə olunub. Hal-hazırda isə müvafiq araşdırmalar aparılır. Ehtiyac yarandığı təqdirdə 5-ci tip də əlavə edilə bilər. Heyvan xəstəliklərinə qarşı peyvəndləmə və dezinfeksiya işləri mütəmadi aparılır, bu işlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqəli şəkildə kommunikasiya edilir və müvafiq tədbirlər birlikdə həyata keçirilir”.

Şöbə müdirinin sözlərinə görə, dabaq xəstəliyinin qida məhsulları vasitəsilə insanlara keçmə ehtimalı sıfıra yaxındır: “Bu ehtimal demək olar ki, yoxdur. “Dabaq xəstəliyi insanlara heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Azərbaycanda ət və süd məhsullarının çiy çəkildə qəbulu ənənəsi demək olar ki yoxdur, bu səbəbdən bu xəstəliyin insanlara keçmə ehtimalı sıfıra bərabərdir”.скачать dle 11.3
Mojo.az Banner