Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır | 14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib | 14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto |
Mojo.az Avto
Mojo.az Avto

Astarada heyvanlar arasında dabaq xəstəliyi yayılıb, AQTA zəruri tədbirlər görüldüyünü bəyan edib

14.10.2025 20:44 1 053
Astarada heyvanlar arasında dabaq xəstəliyi yayılıb, AQTA zəruri tədbirlər görüldüyünü bəyan edib
Astara rayonunda mal-qara arasında dabaq xəstəliyi yayılıb.

"Report"un Cənub bürosunun məlumatına görə, xəstəlik əsasən rayonun Seləkəran, Giləkəran, Kələdəhnə, Böyük Şahağacı, Suparibağ, Şiyəkəran kəndlərində və Ərçivan qəsəbəsində müşahidə olunur.

Kənd sakinlərinin sözlərinə görə, son 10 gün ərzində xəstəlik sürətlə yayılır, yoluxmuş heyvanların qızdırması 42 dərəcəyə çatır.

Qida Təhlükəsizliyi Agentliyindən(AQTA) "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, qurum ölkədə və dünyada epizootik vəziyyəti diqqət mərkəzində saxlayır:

"Bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər icra edilir. Ölkə ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, diri və emal olunmuş heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunur".

Qeyd olunub ki, xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinqlər keçirilir:

"Fərdi və fermer təsərrüfatlarında saxlanılan iri və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülərək laborator sınaqları həyata keçirilir. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə toplanmış məlumatlar peyvəndləmə və digər profilaktik tədbirlərin görülməsi üçün yerli heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinə göndərilir".

Son xəbərlər