Mojo.az Banner
17:19 Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ  |     16:34 Bloqer Müjgan həbs edildi  |     16:18 Paşinyan: "Türkiyə ilə münasibətlərdə hansı formatı əsas götürəcəyimizi müəyyənləşdirməliyik"  |     15:23 Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ  |     15:22 Dənizdə batan 17 yaşlı oğlanın MEYİTİ TAPILDI  |     14:03 Azərbaycan xaricdə bu qurumlara borcludur  |     13:49 Bərdədə 36 yaşlı qadın yıxılaraq öldü  |     13:47 Çimərliklərə giriş niyə ödənişlidir?  |     13:28 İsraildən iddialı qərar: "F-35" qırıcısını üstələyən aparat istehsal edəcək  |     13:25 "Peşəsinə və istedadına xəyanət edənlərin maskası yırtılacaq" - Əli İsa Cabbarov  |     13:15 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO  |     13:10 İranda 4.5 bal gücündə zəlzələ baş verib  |     13:09 Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı  |     12:44 İyulun son gününün hava PROQNOZU  |     12:19 Azərbaycana hansı ölkənin botoksu gətirilir? – Rəsmi açıqlama  |     11:54 Azərbaycanda ən çox və ən az pensiyaçı olan rayonlar  |     11:48 16 yaşlı qız qida zəhərlənməsindən öldü  |     11:24 Sağlam qidalanma bahalıdır? - AÇIQLAMA  |     11:15 Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan imtina etdi  |     11:09 “Qarabağ” bu gün həlledici oyuna çıxır  |    
Left Banner
Right Banner

Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyulub

08.08.2025 20:27 441
Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyulub
Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyulub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Türkiyənin Ədirnə vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Hindistanın Maxaraştra ştatında dabaq xəstəliyi, Bolqarıstanın Köstəndil vilayətində, Polşanın Pomorsk inzibati ərazisində blutanq xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Aberdinşir inzibati ərazi vahidində və Cənubi Afrikanın Qərbi Keyp əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə, AQTA tərəfindən adıçəkilən ölkələrin həmin inzibati ərazi vahidlərinə, zonalaşma prinsipi nəzərə alınmaqla, ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvafiq malların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.скачать dle 11.3
Mojo.az Banner