Mojo.az Banner
21:57 Bu şirə qan şəkərini sürətlə artıra bilər - Bir çox insan onu içir  |     21:50 Sırğasını satıb oğlunu işə düzəltmək istədi - Dələduzluğa məruz qaldı  |     21:44 Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib  |     21:33 ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı hücumunu pisləyib  |     21:30 Abşeronda itkin düşən kişinin meyiti tapıldı  |     21:05 DMM: "Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə qarşı dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur"  |     20:54 Salyanda azyaşlını avtomobil vuraraq öldürüb  |     20:49 Təl-Əviv ərazisində həyəcan siqnalı verildi  |     20:40 Dubayda qızılın qiyməti ucuzlaşdı - SƏBƏB  |     20:31 İsrail Tehranın Mehrabad hava limanında 16 təyyarənin məhv edildiyini açıqlayıb  |     20:24 Serbiya PUA istehsalına başlayır: Prezident Vuçiç tarixi açıqladı  |     20:18 “Şəfa”nın yeni prezidenti AÇIQLANDI  |     20:11 İraq kürdlərindən İranla bağlı ŞOK QƏRAR  |     20:04 XİN məlumat yaydı  |     19:55 Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının XİN rəhbərlərini qəbul edib  |     19:43 Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı  |     19:42 Tramp: "Üç gün ərzində İranın 42 hərbi gəmisini məhv etdik"  |     19:27 Naxçıvan aeroportunun yaralı əməkdaşı İranın dron hücumundan danışdı - Video  |     19:09 Metroda cibgirlik edən şəxs saxlanılıb  |     18:29 Bakıda evində dini yığıncaqlar təşkil edən şəxs SAXLANILDI  |    
Left Banner
Right Banner

Zaur Baxşəliyev efirdə dediyi sözə görə məhkəməyə çağırıldı

15.10.2025 11:55 2 676
Zaur Baxşəliyev efirdə dediyi sözə görə məhkəməyə çağırıldı
Tanınmış teleaparıcı Zaur Baxşəliyev efirdə səsləndirdiyi fikrə görə məhkəməyə verilib.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, onunla bağlı xüsusi ittiham qaydasında şikayətə Səbail Rayon Məhkəməsində baxılıb.

Aparıcının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməsi üçün məhkəməyə müraciət edən "Bizimləsən" verilişində adı çəkilən Nərman Rəhimov olub.

Nərman şikayətində bildirib ki, Zaur Baxşəliyev onun şəxsiyyətini keçmiş arvadının iddiaları əsasında efirdə alçaldıb, barəsində "Nərman gedib Rusiyaya, 2-3 ildən sonra gəlib görüb ki, evdə uşaq var" cümləsini işlədib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur Baxşəliyev bildirib ki, verilişə gələn vətəndaşların heç biri ilə tanış deyil:

"Nərman Rəhimov özü bizim verilişə gələrək ona "stop" qoyulduğunu bildirərək köməklik göstərməsini xahiş etdi, biz də onu dəvət etdik. Mən efirdə vasitəsiz nitqi tətbiq edirəm. Mən nə Sədaqət xanımı, nə də Nərman Rəhimovu tanımışam. Evdə uşağın olmasını demək böhtan sayılmır. Mən əlimdə olan rəsmi sənədlər əsasında bu məsələni səsləndirmişəm. Deyilən ifadələr vasitəsiz nitqlərdir. İfadələrimə diqqət etsəniz, Nərmanın dedikləri və rəsmi sənədlər əsasında mən fikirləri səsləndirmişəm. Verilişdə iştirak edən hüquqşünas təqdim olunmuş rəsmi sənədlərlə tanış olduqdan sonra orada göstərilən halları bildirib. Qarşı tərəfə təhqir və ya böhtan olaraq heç bir söz işlətməmişəm və bunları nəzərə alıb bəraət verilməsini məhkəmədən xahiş edirəm".

Məhkəmə iclasında "Azad Azərbaycan" televiziya kanalında yayımlanan "Bizimləsən" verilişinin audiovideo görüntülərinə cinayət prosesi tərəflərinin iştirakları ilə birlikdə baxış keçirilib. Baxış zamanı video görüntülərdə aşağıdakı ifadələr öz əksini tapıb:

"Hal-hazırda studiyamıza gələn şəxs 16 ildən sonra öyrənir ki, aliment ödəməli olduğu uşaq onun doğma uşağı deyil, DNT analizlərinin nəticəsi uşağın başqa bir insanın uşağı olduğunu deyir, əlində sübutları var. 2 ildən sonra evinə döndüyündə evində uşaq görür, bu kimin uşağıdır soruşur, "səninkidir" deyirlər. Bunların hamısını studiyamıza gələn şəxs (Nərman Rəhimov) deyir. Bu həqiqətdirmi, ya yox, gəlsin studiyamıza öyrənək".

Digər bir görüntüdə isə deyilir:

Növbəti görüntüdə isə "Gedib Rusiyaya gəlib görüb ki, evində bir uşaq var. Bunun işi lap deyiləsi deyil" - ifadələri yer alıb.

Məhkəmə heyəti görüntülərlə tanış olduqdan sonra burada cinayət tərkibi olmadığı qənaətinə gəlib və Zaur Baxşəliyevə bəraət verib.скачать dle 11.3
Mojo.az Banner