Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Kolizeydə gizli tunel tapıldı: Hansı məqsədlə istifadə olunub?

09.10.2025 22:31 570
Kolizeydə gizli tunel tapıldı: Hansı məqsədlə istifadə olunub?
Kolizeydə qədim Roma dövrünə aid gizli tunel tapılıb. Arxeoloqların müəyyənləşdirdiyinə görə, bu tunel tamaşaçılardan gizli saxlanılan yeraltı VIP keçid olub və Roma imperatorlarına arenanı diqqət çəkmədən tərk etməyə imkan verib. Mütəxəssislər hesab edirlər ki, bu tikili eramızın I və II əsrləri arasında, Kolizey inşa edildikdən bir neçə onillik sonra yaradılıb.

Qaynarinfo xəbər verir ki, "Daily Mail" nəşrinin yazdığına görə, hazırda bu keçid ictimaiyyət üçün açıqdır və ziyarətçilər Roma imperatorlarının addımladığı həmin yollarla gəzə bilirlər.

Tunelin indiki uzunluğu təxminən 55 metrdir. Təxminən 2000 il əvvəl o, daha uzun olub, lakin bir neçə əsr öncə kanalizasiya borularının çəkilişi zamanı bir hissəsi dağıdılıb.

Tunel imperatorun lojasına, Kolizeyin cənub tribunasında yerləşən əsas yerə aparır. O, tribunaların və yerin altından keçərək imperatora səhnəni gizli şəkildə tərk etməyə şərait yaradır. Həmçinin güman edilir ki, bu tunel vasitəsilə imperator döyüşlərdən əvvəl gladiatorları "Ludus Magnus" adlı məşhur təlim məktəbində ziyarət edə bilib.

Arxeoloqlar tunelə, ondan istifadə etdiyi güman edilən Roma imperatorlarından birinin – imperator Kommodun adını veriblər. Kommod imperiyanın ən uğursuz hökmdarlarından biri hesab olunur və o, adətən arenada şəxsən döyüşüb.

"Kommod imperator kimi özünü rahat hiss etmək üçün lazım olan nüfuza malik deyildi - çox gənc idi, hərbi uğurları yox idi, parlaq natiq deyildi. Buna görə də o, bu çatışmazlığı cəsarət nümayişi ilə kompensasiya etməyə çalışırdı", deyə "Daily Mail"ə Oksford Universitetinin Klassik Elmlər kafedrasından doktor Endryu Sillett bildirib.

Roma Kolizeyi dünyanın ən tanınmış tarixi abidələrindən biridir. Hər bir turist orada olmaq arzusundadır, lakin bəzilərinin səfər təəssüratları o qədər də müsbət olmur. "Business Insider" nəşrinin turizm icmalçısı Coi Hadden Kolizeyə səfəri zamanı yaşadığı mənfi təcrübəni bölüşərək, onu ən çox nəynin məyus etdiyini izah edib.

Son xəbərlər