Mojo.az Banner
19:38 Naxçıvanda azyaşlı əlil arabasından yıxılaraq öldü  |     19:30 Cinayətdə şübhəli bilinən 74 nəfər saxlanıldı  |     19:25 Balıqçılıq məhsullarının yeni satış qaydası  |     19:16 Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat  |     19:11 "Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - Video  |     19:04 Yəməndə partlayış nəticəsində jurnalist öldü  |     18:42 Sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı MÜRACİƏT  |     18:29 Prezidentdən Azərbaycan Ordusunun ən gənc generalı ilə bağlı SƏRƏNCAM  |     18:18 Tovuzda kişi anasına əsəbiləşdi, orta məktəbə gəlib arvadını döydü  |     18:14 Əli Əsədovdan sahibkarlarla bağlı YENİ QƏRAR  |     18:02 Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb  |     17:50 Leyla Əliyeva uşaq evlərinin sakinləri üçün bayram tədbirindən paylaşım edib - Video  |     16:31 Maqnit qasırğası Yeri bürüdü  |     14:10 Azərbaycan XİN Venesuelaya başsağlığı verdi  |     13:56 Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu  |     13:49 Çimərliklərdə bu qaydaları pozanlar cərimələnə bilər  |     12:46 Fransada 10 yaşlı uşaq qadını öldürməyə cəhd göstərdi  |     12:19 Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq  |     12:12 Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək  |     12:11 Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə edən sürücü saxlanılıb  |    
Left Banner
Right Banner

Külli miqdarda mənimsəmədə təqsirləndirilən musiqiçiyə AĞIR CƏZA VERİLDİ

07.10.2025 17:31 588
Külli miqdarda mənimsəmədə təqsirləndirilən musiqiçiyə AĞIR CƏZA VERİLDİ
Qanunsuz yolla pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən olan Yasin Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən yekun prosesdə hökm oxunaraq Yasin Əhmədova ittiham olunduğu Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Ona təqsirləndirildiyi 177-ci və 189-cu maddələr üzrə isə baraət verilib.

Qeyd edək ki, cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri - musiqiçi Yasin Əhmədov adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə xüsusilə külli miqdarda dövlət vəsaitinin yeyintisində iştirakda ittiham olunub.

Maliyyə Monitorinqi Mərkəzinin izləmələri ilə şirkətlərin şübhəli əməliyyatlar apardığı üzə çıxıb. Məlum olub ki, Yasin Əhmədov və əlbir olduğu digər şəxslərin adına olan şirkətlər ölkə xaricində və daxilindəki müəyyən hesablara milyonlarla pul köçürüb.

Pullar xaricə guya hansısa xidməti avadanlıqların alınması üçün köçürülsə də, heç bir alış-veriş aparılmayıb. Yeganə məqsəd cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaq olub.

Yasin Əhmədov barəsində 2024-cü ilin iyulunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq sənədlərinə görə, Yasin Əhmədov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədrinin köməkçisi Samir Ramiz oğlu Abdullayev, Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Mənaf oğlu Xudiyev, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının direktoru Yaqub Şəmsi oğlu Məmmədov, "Abşeron Regional Elektrik Şəbəkəsi" MMC-nin direktoru Elman İsrafil oğlu Vəliyev, Xızı rayon Şorabad bələdiyyəsinin sədri Fazil Şükür oğlu İsmayılov, "Dəmiryolservis" MMC-nin sabiq direktoru Əli Əşrəf Orxan oğlu Lütfəlibəyov, "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin sabiq baş mühəndisi İsmayıl Lətif oğlu Sadıqov, Bakı Xoreoqrafiya Akademiyasının sabiq baş mühasibi Sahib Şakir oğlu Əzimovla əlbir olub.

Adları keçən şəxslər xidmət göstərilməsi üçün 299 şirkətə dəyərindən artıq dövlət vəsaiti köçürüblər. Ümumilikdə qurumlardan 5 milyon manatdan artıq pul köçürülüb, onun 1 milyondan bir qədər çox hissəsi sahibkarlarla köçürmə edən vəzifəlilər arasında bölüşdürülüb.скачать dle 11.3
Mojo.az Banner