Mojo.az Banner
11:54 Bakıda elektrik maşınları artır, rayonlarda isə alan yoxdur – Əsas səbəblər  |     11:51 3 günlük nağd pul ehtiyatı: Elektrik getsə, pulumuz da “yox” olacaq?  |     11:33 Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?  |     11:28 Bakıda nəhəng monitor qadının üstünə aşdı - Video  |     11:25 Bu marşrut avtobusları "Şamaxinka"da dayanmayacaq - Siyahı  |     23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 50 qəpiyə limon satan kişinin hesabında bir milyon manat var - Video

04.10.2025 13:21 1 278
Bakıda 50 qəpiyə limon satan kişinin hesabında bir milyon manat var - Video
Paytaxtın müxtəlif ərazilərində limon satmaqla məşğul olan Yevlax sakini, 61 yaşlı Zahid Hüseynov öz adının kiberdələduzluq sxemində istifadə edildiyini iddia edir. O, adına 1 milyon manata yaxın vəsaitin mənimsənildiyi bir hesabın açıldığını bildirir.

Median.Az
"Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Zahid Hüseynovun sözlərinə görə, bir neçə ay əvvəl Daşkəsən Rayon Polis Şöbəsindən zəng gəlib və o, yaşlı bir qadının bank kartından kiberdələduzluq yolu ilə pul mənimsəməkdə şübhəli bilinərək Daşkəsənə aparılıb.

Hadisədən sonra ciddi narahatlıq keçirən Zahid Hüseynov adına hər hansı bir hesabın açılıb-açılmadığını yoxlamaq üçün banklara müraciət edib. Lakin heç bir bank bu məlumatı təsdiq etməyib. Ehtimal olunur ki, sözügedən vəsait elektron pul kisəsi vasitəsilə yaradılmış hesabda olub.

Zahid Hüseynovun əsas istəyi, onun şəxsiyyətindən istifadə edərək bu kiberdələduzluğu həyata keçirən cinayətkar dəstənin aşkar edilərək istintaqa cəlb edilməsidir. O, bu işin təkcə onun taleyi deyil, həm də mənimsənilən pulların əsl sahiblərinin hüquqları baxımından vacib olduğunu vurğulayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məsələyə münasibət bildirib. O qeyd edib ki, həmin vətəndaşın müraciəti əsasında ərazi polis orqanında araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner