Bakıda 22 yaşlı şəxs qabları yumamaq üçün dostunu öldürdü - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Əlillik dərəcəsi almaq istəyən Qarabağ veteranı dələduzluğun qurbanı oldu  |     22:55 İsrailin Xürrəmabada hücumu nəticəsində “Sepah”ın 10 üzvü həlak oldu, 9-u yaralandı  |     22:50 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     22:39 Söküləcək mülklərin qiymətləndirilməsi necə aparılmalıdır?  |     22:32 Azərbaycanda büdcə qaydası dəyişir  |     22:24 Azərbaycanda körpə ölümlərinin əsas səbəbləri məlum oldu  |     22:19 3,2 milyon vergi borcu olan şirkət kimindir?  |     22:12 Gürcüstan Prezidenti 37 nəfəri əfv edib  |     22:05 Bakıda qəbiristanlıqda qanlı olay: Həmyaşıdını öldürən yeniyetməyə HÖKM OXUNDU  |     21:59 Cəlilabadda iki avtomobil toqquşub, ölən var  |     21:53 "UFC Fight Night": Polşalı Klaudiya Siqula rusiyalı rəqibini üstələdi  |     21:48 Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmaya dair yeni faktlar açıqlanıb  |     21:40 Tanınmış MTK ağacları kəsibmiş.. - Açıqlama  |     21:33 Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb  |     21:28 Masallıda 37 kəndin qaz təchizatı dayandırılacaq  |     21:22 Bakıda 3 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     21:16 İndoneziya XİN başçısı: İrandan Azərbaycana 90-dan çox vətəndaşımız təxliyə edilib  |     21:13 Astarada qədim dövrə aid unikal memarlıq nümunəsi aşkar edilib  |     21:05 Məhkəmə Azər Zahid və onun köməkçisi ilə bağlı qərar verdi  |     21:05 BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq  |    

Bakıda 22 yaşlı şəxs qabları yumamaq üçün dostunu öldürdü - VİDEO

Dostunun icarəyə götürdüyü kafeyə gəlib, içki qəbul etdikdən sonra ona ağır xəsarətlər yetirərək öldürüb. Əmrah Hüseynovun törətdiyi qətl üçün səbəb isə dostunun ona qabları yumağı tapşırması olub.

Baku.Tv xəbər verir ki, 2019-cu il mayın 24-də Binəqədi RPİ 5-ci polis bölməsinə Dərnəgül qəsəbəsi, Koroğlu Rəhimov küçəsi 70-ünvanında yerləşən kafedə, üzərində zorakılıq əlamətləri ilə kişi meyitinin tapılması haqqında məlumat daxil olub.

Araşdırma zamanı məlum olub ki, boğaz nahiyəsində kəsici yaralar aşkar edilən şəxs Şərur rayon sakini, 48 yaşlı Zahid Sadıqovdur.

Növbəti gün cinayəti törətmiş Laçın rayon sakini 22 yaşlı Əmrah Hüseynov da könüllü bölməyə gələrək, təslim olub. Müəyyən edilib ki, mayın 23-ü saat 19 radələrində Əmrah Hüseynov tanışı Zahid Sadıqovun icarəyə götürüb, işlətdiyi Dərnəgül qəsəbəsində yerləşən kafeyə gəlib. Orada Zahid və digər müştərilərlə birlikdə spirtli içki qəbul edib. Müştərilər getdikdən sonra gecə saat 2 radələrində tanışı kafenin zal hissəsində təmizlik işləri görərkən ona kobud şəkildə mətbəxə keçib, qabları yumağı tapşırıb.

Bunu bəhanə edən Əmrah Hüseynov dostunu öldürmək qərarına gəlib. Bu məqsədlə sol əli ilə Zahidin boğaz nahiyəsindən tutub, sıxmaqla sağ əlində olan qədəhi bir neçə dəfə onun sifətinə vurub. Sonra yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib və Sadıqovu öldürüb.

Əmrah Hüseynov Zahid Sadıqovu 12 yaşından tanıyıb. Uşaq yaşlarında onun yanında kafedə köməkçi kimi işləyib və bunun müqabilində Zahid də ona maddi köməklik edib. Əmrah Hüseynov istintaqa bildirib ki, O həmin gün Zahidin kobud danışmasına əsəbiləşib, onunla belə “danışmamasını” bildirib. Zahid cavabında “havayı yeyə bildiyini, amma qabları yuya bilmədiyini” deyib.

Tanışı Əmrahı təhqir etdikdə o, da həmin nalayiq sözləri ona ünvanlayıb. Bir-birilərinə yumruqla qarşılıqlı zərbələr vurublar. Əmrah sol əli ilə onun boğazından tutub sıxıb, sağ əlindəki stəkanla isə üzündən vurub. Əmrah Hüseynovun ifadəsinə görə, Zahid yerdəki şüşə qırıntılarını yığdıqdan sonra deyinməyə başlayıb və mətbəxə keçərək qapını bağlayıb. Əmrah Zahidə “qapını açmasını və onun da əlinin kəsildiyini” söylədikdə sonuncu söyüşlə çıxıb getməsini tələb edib.

Saxlanılan şəxsin sözlərinə görə, bundan sonra taksi ilə qeyri-rəsmi yaşadığı Züleyxa Mustafazadənin evinə gedib və gecəni orada qalıb. Qadın onun əlini qanlı vəziyyətdə görüb, nə baş verdiyini soruşduqda o, Zahidlə dalaşdığını deyib. Səhər Əmrah Züleyxanın çalışdığı çay evinə gedib, oradan taksi ilə polis bölməsinə yollanıb. Bölmədə Sadıqovla dava elədiyini etiraf edib, polis əməkdaşları isə ona Zahidin öldüyünü bildiriblər.

Əmrah Hüseynov əlavə edib ki, tanışı ilə münasibəti həmişə yaxşı olub, Sadıqovu öldürmək məqsədi olmayıb. Məhkəmə prosesində Əmrah Hüseynov ittiham üzrə özünü təqsirli bilməyib.

Prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxsə 18 il cəza təyin edilməsini xahiş edib. Məhkəmə hesab edib ki, Əmrah Hüseynovun Zahid Sadıqovu xuliqanlıq niyyəti ilə qəsdən öldürməsi barədə Binəqədi rayon prokurorluğunun gəldiyi nəticə, istər ibtidai istintaq, istərsə də məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq olunmayıb.

Əmrah Hüseynovun əməli CM-nin 120.2.2-ci xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsindən 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma maddəsinə tövsif edilməlidir və ona həmin maddə ilə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 22 yaşlı Əmrah Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 330 23.01.20 21:38