Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

02.10.2025 20:48 1 053
Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Yevlax rayonu ərazisində 1996-cı il təvəllüdlü Xəyal Zeynalovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Yevlax rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1999-cu il təvəllüdlü Mahir Baxşalızadənin rayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahir Baxşalızadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Son xəbərlər