Mojo.az Banner
23:50 Məhkəmə Muaytay Federasiyası ilə bağlı qərar verdi - AÇIQLAMA  |     22:50 Əhməd təkrar cinayət törədib? - ŞOK SƏS YAZISI  |     22:41 Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü  |     22:34 Polisdən əməliyyat, saxlanılanlar var  |     22:29 Təbii qazın dəyəri azaldı  |     22:23 Alimlər sübut etdi: Müasir musiqi getdikcə "fastfuda"a çevrilir  |     22:15 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə bahalaşacaq? (Video)  |     22:06 Əməkdar artistin səhhətində problem yarandı  |     22:01 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir  |     21:53 Kişi icarədar idmançı qızın burnunu qırdı - Bakıda restoranda insident  |     21:45 Ötən gün qanunsuz saxlanılan 7 silah aşkarlanıb  |     21:40 Müharibədə İrana dəyən ziyanın məbləği AÇIQLANDI  |     21:34 Bu sürücülərin "prava"sı əlindən alınacaq - SƏBƏB NƏDİR?  |     21:26 İran neft hasilatını azaltmağa başlayıb  |     21:18 Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ  |     21:13 Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  |     21:04 Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü  |     20:56 İki qardaş toyda bıçaqlandı  |     20:51 Pakistanın "Airblue" şirkəti Bakıya uçuşlara başlayır  |     20:44 Məktəbdən sonra uşağın düzgün istirahəti - Gücünü necə bərpa etməlidir?  |    
Left Banner
Right Banner

Kolleclərə YENİ TƏYİNATLAR olub

01.10.2025 16:07 666
Kolleclərə YENİ TƏYİNATLAR olub
Kolleclərə yeni təyinatlar olub.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müvafiq əmr ilə Kamran Nəsirov Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, Günel Qasımova isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, Kamran Nəsirov Bakı Dövlət Universitetində "Tarix" ixtisası üzrə bakalavriat təhsili alıb. 2010-cu ildən etibarən Saatlı rayonunun müxtəlif ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. Son təyinatına qədər Saatlı şəhər 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. O, Elm və Təhsil Nazirliyinin elan etdiyi bir neçə qrant müsabiqənin qalibi seçilib, həmçinin "Təhsil menecerlərinin peşəkar inkişafı" proqramında, ADA Universitetinin "Bir müəllimin manifesti" ixtisasartırma proqramında və bir çox layihələrdə iştirak edib.

Günel Qasımova bakalavr təhsilini Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında "Musiqişünaslıq" ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Milli Konservatoriyasında "Musiqi nəzəriyyəsi" ixtisası üzrə alıb. O, 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasında laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb, daha sonra baş laborant və "Musiqinin tarixi və nəzəriyyəsi" kafedrasında müəllim kimi fəaliyyət göstərib.скачать dle 11.3
Mojo.az Banner