Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:43 Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var | 19:34 Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi | 19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü | 19:02 21 istiqamətdə tıxac var - SİYAHI | 18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb | 18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) | 18:37 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu | 18:30 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq | 18:27 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər (Yenilənib) | 18:22 “Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı” | 18:13 Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi" | 18:05 Millimiz üçüncü dəfə dünya çempionu oldu | 18:03 Prezident İlham Əliyev: "Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" | 17:46 Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır | 17:45 Ağstafada bir ailənin üç üzvü zəhərlənib | 17:23 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər (VİDEO) | 17:14 Beynəlxalq axtarışda olan iki nəfər Gürcüstandan Azərbaycana gətirildi | 17:12 Gənc müəllimləri kəndlərdə saxlamaq üçün yeni addımlar lazımdır – AÇIQLAMA | 17:05 İmtahanlara müdaxilə cinayəti: Prokuror Kamran Əsədova cəza istədi | 17:04 Əli Əsədovdan məhkəmə ekspertləri ilə bağlı qərar |
Mojo.az Avto
Mojo.az Avto

Payızda hansı vitaminlərə daha çox ehtiyac var?

17.09.2025 18:26 486
Payızda hansı vitaminlərə daha çox ehtiyac var?
"Payız aylarında havanın soyuması, Günəş şüalarının azalması və orqanizmin dəyişən iqlimə uyğunlaşması vitamin və mineral balansına xüsusi təsir edir".

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, bu dövrdə ən çox ehtiyac duyulan vitaminlərdən biri də C-dir:

"O, immunitet sistemini gücləndirir, soyuqdəymə və qripdən qoruyur. Onu nar, portağal, naringi, kivi, çiyələk, qırmızı bibər və kələmdən almaq mümkündür.

Payızda Günəş işığı azaldığı üçün D vitamini çatışmazlığı daha çox görülür. Bu vitamin sümük və əzələ sağlamlığı üçün vacibdir və əsasən, yumurta sarısı, balıq növləri və süd məhsullarında olur. A vitamini dəri və selikli qişaların möhkəmlənməsində, gözlərin sağlam qalmasında əhəmiyyətli rola malikdir və balqabaq, kök, ispanaq, brokoli kimi tərəvəzlərdə, həmçinin qaraciyərdə mövcuddur.

E vitamini isə güclü antioksidant kimi orqanizmi sərbəst radikallardan qoruyur və badam, fındıq, günəbaxan tumu və zeytun yağında çoxdur.

B qrupu vitaminləri, xüsusilə B6 və B12, sinir sistemi və enerji mübadiləsi üçün vacibdir və onları tam taxıllar, paxlalılar, yumurta, süd məhsulları, balıq və toyuq ətindən almaq olar".

Mütəxəssis-ekspert bildirib ki, payızda, həmçinin sink, dəmir və maqnezium kimi minerallara xüsusi ehtiyac duyulur ki, bunlar da immuniteti gücləndirir.

Son xəbərlər