Mojo.az Banner
16:15 Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? – RƏSMİ CAVAB  |     16:00 Uşağı döymək olmaz, bəs valideyn nə etsin?  |     15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |    
Mojo.az Avto
Mojo.az Avto

Qohum evliliyi istəyənlərə kəbin kəsilir? - Din xadimlərindən CAVAB

17.09.2025 15:50 642
Qohum evliliyi istəyənlərə kəbin kəsilir? - Din xadimlərindən CAVAB
Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb. Qohum evliliyi ləğv olunduqdan sonra onların heç dini nikaha daxil olması da mümkün deyil.

Amma maraqlıdır, "mütləq qohumumla evlənməliyəm", "qoy, daha yaxın qohum olaq", "yadı evimə gətirdiyimə, dayımın, xalamın qızını alaram" fikirləri ilə yaşayanlar kəbinlə ər-arvad olmağa çalışırlarmı?

Heydər məscidinin imamı Rüfət Qarayev Lent.az-a bildirib ki, qanun qüvvəyə mindikdən sonra qohum evliliyi ilə bağlı müraciət edən olmayıb:

"Qohum evliliyi ilə bağlı müraciət olacağı təqdirdə, iyulun 1-dən etibarən qüvvəyə minən qanunu əsas gətirilərək, onların kəbinləri kəsilməyəcək. Digər tərəfdən isə Heydər məscidində kəbinə gələn hər kəsdən dövlət nikahının sənədi tələb olunur. Dövlət nikahı olmayan onlarla insan isə geri qaytarılır. Hər bir halda, gənclərimizin dövlət nikahına düşmələri onlar üçün hüquqi baxımdan faydalıdır. Kəbin isə Allahın vacib buyurduğu əməllərdən biridir".

Təzəpir məscidinin axundu Hacı Şamilin sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra qohum evliliyi üçün kəbinlə bağlı heç kim müraciət etməyib:

"Qanun bir ildən sonra qüvvəyə mindiyi üçün qohum evliliyi etmək istəyən hər kəs əvvəlcədən işini bitirmişdi".

Qaraçuxur məscidindən də bildirilib ki, kəbin yalnız dövlətin rəsmi nikah kağızı təqdim olunduqda kəsilir:

"Bu gün də kəbin üçün müraciət edənlər oldu. Lakin rəsmi nikahları olmadığından onlara "yox" cavabı verdik. Ümumiyyətlə, Qaraçuxur məscidində rəsmi nikahı olmayan şəxslərə kəbin kəsilmir".

Maraqlıdır, bəs görəsən, hələ də rəsmi nikah üçün müraciət edənlər olurmu? Onların statistikası aparılır?

Ədliyyə Nazirliyindən bildirilib ki, qohum evliliyi istiqaməti üzrə statistika aparılmır.скачать dle 11.3
Mojo.az Banner