Mojo.az Banner
23:01 Beyləqanda kanalda bir nəfər batıb  |     22:54 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ  |     22:48 Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı  |     22:44 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi  |     22:42 Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var  |     22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |    
Left Banner
Right Banner

Bu il neçə nəfər qohumu ilə EVLƏNİB?

28.05.2024 18:04 1 542
Bu il neçə nəfər qohumu ilə EVLƏNİB?

Qohum evlilikləri dünyada qəbul edilməyən və hətta bir çox ölkədə qadağan olunan evlilik formasıdır. Buna baxmayaraq, Azərbaycan qohum evliliklərinin çoxluq təşkil etdiyi ölkələrdən hesab olunur.

Mütəxəssislər dəfələrlə bəyan edirlər ki, qohum evliliyi zamanı nikahdan dünyaya gələn uşaqlarda daha çox əqli, xromosom çatışmazlığı, əzələ boşluğu və bir sıra ciddi xəstəliklər yaranır. Bunu tibb də sübut edir. Bəzən ana bətnində heç bir problem yaşamayan körpədə dünyaya gələndən sonra fəsadlar özünü göstərir.

Ölkədə qohum nikahların sayında müşahidə olunan artım ölkənin gələcək nəsillərinə və genofonduna ciddi təsir edə bilər.

Maraqlıdır, il ərzində neçə nəfər qohumu ilə evlənib?

Statistika Komitəsindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, təkcə 2023-cü ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən qohumlar arasında qeydə alınmış nikaha daxilolma hallarının sayı 1 935 olub.

Qeyd edək ki, uzun müddətdir, yaxın qohumların evliliyinin qanunla qadağa edilməsi müzakirə olunsa da, hələ ki müsbət nəticə əldə olunmayıb.

Ədliyyə Nazirliyi tərəfindən verilən məlumata əsasən, qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363, 2022-ci ildə isə 2 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub.

2022-ci ildə qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayının çoxluğuna görə Bakı şəhəri (742), Mil-Muğan (296), Lənkəran-Astara (274), Qarabağ (226), Abşeron-Xızı (186) regionlarını xüsusi qeyd etmək lazımdır.

Belə nikahların pozulması halları isə 2022-ci ildə daha çox Bakı şəhəri (195), Abşeron-Xızı (69), Mil-Muğan (59), Mərkəzi-Aran (47), Lənkəran-Astara (38) regionlarında müşahidə olunub.
скачать dle 11.3
Mojo.az Banner