BƏƏ prezidenti: "Dost Azərbaycanla ikitərəfli əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmağı arzulayırıq"
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan söyləyib.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti qeyd edib:
"Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq".
