Mojo.az Banner
19:37 Gədəbəydə güllələnmiş meyit tapıldı  |     19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |     19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Qəhrəman Hökumə Əliyevanın atası: "Bizə Rusiya tərəfindən hər hansı ödəniş edilməyib"

05.09.2025 12:27 1 455
Milli Qəhrəman Hökumə Əliyevanın atası:
Rusiya Xarici İşlər Nazirliyi 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı, ümumilikdə, 1.003 milyard rubl məbləğində sığorta vəsaitinin ayrıldığını iddia edib.

Həmçinin qeyd olunub ki, xəsarət alan və həlak olanların ailələrinə 358.4 milyon rubl ödəniş edilib.

"15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358.4 milyon rubl sığorta ödənişi edilib", - Rusiya XİN-in məlumatında bildirilib.

Məsələ ilə bağlı danışan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Rusiyanın ödənişlər həyata keçirməsi ilə bağlı iddialarını yalanlayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi yalan məlumat paylaşır:

"Qəza baş verən andan bu günə kimi bizə Rusiya tərəfindən hər hansı ödəniş edilməyib. Bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur. Səsləndirilən rəqəmlər həqiqəti əks etdirmir".

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin (37-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan və üçü Qırğızıstan vətəndaşı), beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.скачать dle 11.3
Mojo.az Banner