Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Astarada molla məsciddə bıçaqlandı

02.09.2025 12:41 786
Astarada molla məsciddə bıçaqlandı
Astara rayonunda molla məsciddə bıçaqlanıb.

Hadisə şəhərin H.Əliyev prospektində yerləşən Giləkəran məscidində baş verib. Rayonun Ərçivan qəsəbə sakini Ceyhun Babayevin (soyad şərtidir) qızının əri Seyidəzim bankdan kredit götürərkən uzaq qohumu Azadın həyat yoldaşı ona zamin dayanıb. Bir müddətdən sonra Azad Seyidəzimlə görüşərək, həyat yoldaşının adının zaminlikdən çıxarılmasını istəyib. Seyidəzim isə ona söz verib ki, bir ay müddətində məsələni həll edəcək.

Hadisədən iki ay keçməsinə baxmayaraq, Azadın həyat yoldaşının adı zaminlikdən çıxmayıb. Azad bunun səbəbini öyrənmək üçün Seyidəzimin evinə getsə də, ev sahibinin həyat yoldaşı ərinin evdə olmadığını bildirib. Nəticədə, Azadla qadın arasında mübahisə yaranıb. Geri qayıdan Azad məsciddə Ceyhunu görüb və qızının onu təhqir etdiyini bildirib.

Ceyhun məsələni araşdırmaq üçün qızıgilə gedərkən məlum olub ki, onun qızı Azadı söyməyib, əksinə, Azad onun qızına nalayiq sözlər deyib. Hadisədən əsəbiləşən Ceyhun evindən bıçaq götürərək məscidə gəlib. O, məscidin qarşısında Azadı görüb və cibindən bıçağı çıxararaq ona hücum edib. Azad ondan qaçmaq üçün məscidə daxil olub, qapını bağlamaq istəyərkən, Ceyhun qapının arasından bıçaqla Ceyhunun qol və ağız nahiyəsinə zərbələr endirib.

Məsciddəki şəxslər hadisə yerinə gələrək onları aralaşdırıblar və polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Ceyhunu saxlayıblar və məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Astara Rayon Məhkəməsinin hökmü ilə C.Babayev 2 il azadlıqdan məhrum edilib.

Məlumata görə, zərərçəkmiş şəxs Astara rayonu ərazisində dini mərasimlərdə molla kimi fəaliyyət göstərirmiş.
//oxu.az

Son xəbərlər